Interposta.Info

Putinin vəziyyəti getdikcə ağırlaşır

Dünya
 14-06-2017, 12:28     1 473

Rusiyada dalğavari gedən etiraz mitinqləri həm say, həm də keyfiyyət etibarilə artır.

interposta.info
xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Rusiyada sosial zəmində olan narazılıqların və korrupsiya hallarının baş alıb getməsi Moskvanın vəziyyətini daha da qəlizləşdirəcək:

“Hakimiyyət orqanlarının problemlərin həllinə dair verdiyi vədlər fonunda yerlədə vəziyyət əməli surətdə dəyişmir. Maraqlısı isə etirazların təkcə iri şəhərləri deyil, artıq bölgələri də əhatə etməsidir ki, nəticədə də ölkə əhalisi öz tələblərini daha kəskin formada səsləndirir. Sosial zəmindəki etirazların siyasi çalarları da diqqət çəkir. Həm Rusiyanın daxilində, həm də xaricində bəzi qüvvələr indiki vəziyyətdən istifadə edib proseslərə siyasi yön verməyə çalışırlar. Çünki hakimiyyətdə elə qüvvələr var ki, artıq sistemdaxili müxalifətə çevrilirlər. Onların səsi bir o qədər gur gəlməsə də, bu cərəyan artıq özünü göstərməkdədirə. Hakimiyyət hazırda sosial problemlərin həllinə alternativ reaksiya verməyə çalışır. Ancaq vəziyyətə ciddi əncam çəkilməsə, proseslər daha da çıxılmaz hal alacaq”.

Politoloq Rusiyada etiraz dalğasının tüğyan etdiyi bir vaxtda Vladimir Putinin amerikalı rejissor Oliver Stouna müsahibəsində Qərblə münasibətlərə dair dediyi bəzi məqamlara da toxunub:

“Putin hakimiyyəti prinsip etibarilə Qərblə münasibətlər istiqamətində çox gərgin anlar yaşadı. Amerikada Trampa qarşı böyük təzyiq dalğası var və az qala onu Rusiya elitası ilə əlaqədə günahlandırırlar. Üstəlik, ABŞ-da prezident seçkilərinə Rusiyanın təzyiqi gündəmdən düşmür. Təbii ki, belə halda fövqəl-dövlətin rəhbərliyi xaricdə gedən prosesləri və onun ölkəsinə bilavasitə təsirini nəzərə almaya bilməz. Ona görə də Rusiya prezidenti hazırda diqqəti daha çox xaricdə gedən proseslərə yönəldib. Moskva geosiyasi proseslərə mövqeyini bildirməyi vacib sayır.

Rusiyanın daxilində gedən proseslər Qərb dairələrinin, o cümlədən ABŞ və aparıcı Avropa dövlətlərinin diqqətindədir. Çünki Qərb ümumiyyətlə, Rusiya elitasının siyasətindən razı deyil. Qərb hesab edir ki, əgər Rusiyada korrupsiya halları bu cür tüğyan edirsə, deməli, bu ölkə ciddi islahatlara getməlidir. Görünür, Putin də xarici investorlarla şəxsi fəaliyyəti gücləndirməyi özünə borc bilir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26