Interposta.Info

Terror hücumları ilə sarsılan İrandan şok açıqlama: "Adsız əsgərlərimiz cəzasını verdi"

Dünya
 11-06-2017, 22:52     1 260

İran kəşfiyyat naziri Mahmud Ələvi parlament və Ayətullah Xomneynin türbəsinə təşkil olunan hücumların əmrini verən şəxsin ölkə xaricində keçirilən əməliyyatla öldürüldüyünü bildirib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, nazir məsələ ilə bağlı bunları deyib: “Hücumu planlayan və əmrini verən şəxs, hadisədən sonra ölkə xaricinə qaçıb. Lakin dost kəşfiyyat xidmətlərinin köməyi ilə adsız əsgərlərimiz (İran kəşfiyyat üzvlərinə verilən ad) tərəfindən onun cəzası verildi”. Əməliyyatın hansı ölkədə keçirildiyini söyləməyən Ələvi, terrorçuların yaşadıqları İranın qərbində yerləşən Kirmanşah əyalətindəki evə basqın edildiyini də bildirib .

Qeyd edək ki, 5-i terrorçu olmaqla 22 nəfərin ölümü, 52 nəfərin yaralanması ilə nəticələnən terror aktlarını İŞİD öz üzərinə götürmüşdü.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26