Interposta.Info

İranda onlarla agent tutuldu

Dünya
 29-08-2018, 13:11     10 390

İranın dövlət qurumlarında başqa ölkələrin mənafeləri üçün çalışan onlarla agent tutulub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın təhlükəsizlik naziri Mahmud Ələvi açıqlama verib. Lakin nazir tutulan agentlərin hansı dövlətlər üçün çalışdığını və nə zaman tutulduqlarına dair məlumat verməyib.

Ələvi həmçinin İranla düşmən olan ölkələrdən birinin nazirinin İran kəşfiyyatı üçün çalışdığını deyib, lakin həmin nazirin kimliyini və hansı ölkədə olduğunu açıqlamayıb.

Ələvinin qısa müddət öncə İran üçün cəsusluq etməkdə ittiham olunaraq tutulan İsrailin enerji naziri Gonen Segevi nəzərdə tutduğu iddia edilir.

Nazir ikili vətəndaşlığa sahib olan və hökumətdə yüksək vəzifə tutan məmurların da müəyyən edilərək, işdən çıxarıldığını bildirib.

Qeyd edək ki, bir çox ölkədən fərqli olaraq İranda ikili vətəndaşlığı olan şəxslərin dövlət orqanlarında çalışmalarına icazə verilmir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26