Interposta.Info

Qərb mətbuatı Kominin Trampa qarşı ifadəsini “Finalsız realiti-şou” adlandırdı

Dünya
 10-06-2017, 20:04     481

Ceyms Kominin ABŞ Konqresindəki çıxışı Qərb ekspertlərini ikiyə ayırıb. Bəzilər FTB direktorunun Trampa ciddi xələl gətirəcək sözlər söyləmədiyini, bəziləri isə keçmiş direktorun ifadəsinin prezidentin vəzifədən getməsi üçün kifayət etdyini zənn edir.

Hər halda ümumi nəticə bundan ibarətdir ki, Komi Trampın başının üstündəki buludları daha da sıxlaşdırıb.

“Ceyms Komi və onun ehtiraslar haqqında misteriyası”, The Wall Street Journal-dakı məqalənin başlığı belədir. Qəzetin rəyinə görə, Kominin Senatdakı çıxışı siyasi məyusluqdan başqa bir şey vermədi. Bu çıxışda nə Trampın Rusiya ilə əlaqələri, nə də onun təhqiqata mane olduğu barədə heç nə deyilmədi.

“Lakin Kominin bir oxla iki quş vurmaq istədiyi də ayıdın oldu. Bir yandan o, Trampın cinayət işlədiyi, ən azından vəzifəsindən sui-istifadə etdiyini, digər yandan isə özünün bu cinayətlərə ortaq olmadığını və hətta bu barədə lazımi instansiyalara məruzə etdiyini göstərmək istədi. Kominin hərəkətləri həqiqəti söyləməkdən çox, intiqam almağa bənzəyirdi”, məqalədə deyilir.
“Komi və prezidentin büstbütün yalanı”, - The New York Times məqaləsinin başlığı belədir.

“Ceyns Komi prezidentlə toqquşmasını ABŞ demokratiyasının əsasını təşkil edən hüquqi prinsiplərlə, bu prinsiplərə nəinki əməl etməyən, hətta tanımaq belə istəməyən satılmış, mənfəətpərəst bir siyasətçi arasında mübarizə olaraq təsvir etməyi bacardı”, qəzet yazır.

Komi prezindentin FTB-də xaos hökm sürdüyü, Komini isə öz etibarını itridiyi barədə sözlərini yalan adlandırdı.
“Komi kimi dövlət məmurlarında Tramp kimilərinin anlamadığı bir şey var-o da öz işinə həddən artıq bağlılıqdır. Bu sədaqət istənilən prezidentin şöhrətindən daha yüksəkdir”, məqalədə deyilir.

“Komi öz vəzifəsindən sui-istifadə edən prezidentin obrazını gözəl canlandırdı”, - The Washington Post yazır. Qəzet Kominin olduqca ciddi və təşviş doğurucu ittihamlar irəli sürdüyünü bildirir. “Əsas narahat doğuran məsələ Trampın Rusiyanın ABŞ demokratiyasını zədələmək cəhdlərinə göstərdiyi biganəliklə bağlı sözlərdir”.

Qəzet Senatdakı dinləmələrdə Ceyms Kominin ifadəsinin dəyərini hər vəchlə aşağı salmağa çalışan respublikaçı senatorların Trampın vəkili rolunu oynamasından narazılığını bildirib və onları “xırda adamcıqlar” adlandırıb.

“Ceyms Komi təzyiq altında ləyaqətli davranış sərgilədi”, - Britaniyanın The Guardian qəzetinin məqaləsində belə başlıq atılıb.
Qəzet Donald Trampın FTB direktoruna qarşı əsl mafiya başçıları kimi davrandığını yazır.

“Trampın Komi ilə ikili söhbətlərində sədaqət tələb etməsi və keçmiş müşaviri Maykl Flinnlə bağlı araşdırmanın dayandırılmasına “ümid etməsi” kimi sözləri sərf edərkən özünü aparması reketin öz qurbanına “əgər mənim istədiyimi etməzsən sənin mağazana nəsə ola bilər” deyiminə bənzəyir”, məqalədəyazılıb.

Məqalə müəllfinin fikrincə: “Bütün bunların arxasında Tramp, ailəsi və seçki qərargahının bağlılığının arşrşdırıldığı əsl mafiyanın, Rusiya dövlətinin kölgəsi durur”.

“Tramp tərəfindən qovulan FTB-nin keçmiş direktorunun çıxışı impiçment proseduru üçün kifayət qədər əsas verir”, - Almaniyann Sueddeutsche Zeitung qəzetindən Kurt Kirster yazır.

“Komi Tramp hakimiyyətinin demontajına (sökülməsinə-red.) start verib”,- müəllif yazaraq davam edir: “Əlbəttə, indidən araşdırmanın haraya gətirib çıxaracağını söyləmək çətindir, lakin ABŞ tarixində seçildikdən sonra bu qədər qısa bir müddətdə sonsuz uçuruma doğru yuvarlanan ikinci bir prezident olmayıb”.

“Ruiyanın seçkilərə qarışması ilə bağlı aparılan təhqiqatdan narahat olan prezident D.Tramp Komi ilə ikilikdə söhbətində ondan yardım etməsini və başının üstündəki buludları dağıtmaqda köməklik göstərməsini istəyib”, - The New York Times qəzeitndən Piter Beykerin məqaləsi bu cümlələrlə başlayır.

Lakin elə öz hərəkətləri və davranışları səbəbindən bu buludlar həftənin 4-cü günü daha da saxlaşıb və deyəsən nəinki onunprezidentlik aylarında, hətta bir ömür boyu qalmaqda davam edəcək. İndi Tramp öz-özünü arşadırmanın obyektinə çevirib.”, müəllif qeyd edir.

“Vaşinqton “Uotergeyt”, “İran kontras” və ya Bill Klintonun impiçment məsələsindən bu yana belə bir tamaşanın şahidi olmayıb”, məqalədə qeyd olunur.

Müəllif Komi ilə savaşın Trampın həyata keçrimək istədiyi əksər layihələri axra plana atdıını bildirir. Prezidentin vəkili Mark Kasovitsin sözlərinə görə, Ağ Ev öz siyasətinireallaşdırmağa və cəmiyyətin üzərini örtən buludları dağıtmağa çalışır.

“Lakin buludların heç bir yerə getmək fikri yoxdur”, müəllif yekun rəyini yazır.

“Həqiqət saçan intiqam mələyi, yoxsa şər-iftira yayan şeytan: Ceyms Komi Trampın gələcəyini müəyyən edən adam kimi çıxış edir”, İtaliyanın La Repubblica qəzetində, yazar və jurnalist Vittorio Dzukonin məqaləsi belə başlayır.

Müəllifin fikrincə, Kominin çıxışıTrampofobları prezidenti günahkar çıxarmaq, trampofillləri isəonun məsum olduğuna inandırmaq üçün kifayət edib.

Dzukkoni Ceyms Kominin çıxışını izləyən amerkalıları seksual zorlama proseslərində münsiflər heyətində oturan adamlara bənzədib. “Lakin bu dəfə qurban rolunda ABŞ-ın özü oynayır”, - yazar qeyd edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26