Interposta.Info

Tramp Kominin ifadəsinin qarşısını ala bilər

Dünya
 3-06-2017, 18:34     543

Cümə günü Ağ Ev rəsmiləri prezident Donald Trampın sabiq Federal Təhqiqatlat Bürosu (FBI) direktoru Ceyms Kominin gələn həftə Konqres qarşısında ifadə verməsinin qarşısını almağa çalışıb-çalışmayacağını bilmədiklərini deyib. Bu addım siyasi qarşıdurmalara səbəb ola bilər.

“Mən hələ ki, məsləhətçilərlə danışmamışam. Onların buna necə cavab verəcəklərini bilmirəm”, deyə Şon Spayser müxbirlərə bildirib.

Trampın onu vəzifəsindən kənarladırmasından öncə Komi ötən il FBI-ın Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın kampaniyası ilə mümkün əlaqələrini araşdıran istintaqına başçılıq edirdi.

Tənqidçiləri Trampın Komini işdən çıxararaq, FBI –ın istintaqına əngəl olmağa çalışdığını iddia edir.

Keçmiş FBI direktorununun cümə axşamı Senatın Kəşfiyyat Komitəsinin önündə Rusiya istintaqı ilə bağlı ifadə verəcəyi gözlənilir. Onun söyləcəkləri isə respublikaçı prezident üçün problemlər yarada bilər.

Komiyə, deyilənə görə, prezidentin Rusiya ilə əlaqələri olan keçmiş milli təhlükəsizlik müşaviti Maykl Flinlə bağlı istintaqı dayandırması üçün ona təzyiq göstərməsi ilə bağlı sullar veriləcək. Tənqidçilər deyir ki, bu cür təzyiq ədalətin əngəllənməsi sayıla bilər.

Prezidentlər icraedici imtiyazlarından istifadə edərək hökümət işçilərinin məlumat paylaşmalarının qarşısını ala bilər. Lakin hüqüq ekspertləri deyir ki, Trampla Komi arasında prezidentin açıq şəkildə haqqında bəhs etdiyi bəzi danışıqların müzakirə edilib-edilməyəcəyi bəlli deyil və artıq mülki vətəndaş olan Kominin ifadə verməsinin qarşısını almaq cəhdləri də məhkəməyə verilə bilər.

Demokrat qanunvericilər Ağ Evin məsləhətçisi Donald McQana icraedici imtiyazdan istifadənin “həm Konqres həm də Amerika xalqının həqiqəti öyrənməsinə əngəl olmaq cəhdi kimi görünəcəyinə”dair xəbərdarlıq məktubu göndərib.

ABC News kanalına verdiyi müsahibədə Ağ Evin baş məsləhətçisi Kellian Konvey prezidentin Kominin ifadə verməsinə icazə verəcəyinə dair işarə edib”.

“Biz də bütün dünya ilə birlikdə direktor Kominin ifadəsini izləyəcəyik”, o deyib.

Trampın Kominin ifadə verməsinin qarşısını almaq üçün icraedici imtiyazına əl atıb-atmayacağına dair suala isə Konvey “bu qərarı prezident verəcək”, deyə cavab verib.

Kominin işdən azad edilməsindən sonra yaranan siyasi qalmaqal fonunda Ədliyyə nazirliyi ötən ay Rusiya istintaqına başçılıq etməyə xüsusi məsləhətçi təyin edib.

ABŞ kəşfiyyat rəsmiləri Rusiya hökümətinin ABŞ seçkisinin Trampın xeyrinə nəticələnməsi üçün seçkiyə müdaxilə etdiyi qənaətinə gəlib. Rusiya bu iddiaları rədd edir. Amma cümə günü prezident Vladimir Putin deyib ki, mümkün bəzi ruslar özbaşına hərəkət edib.

ABŞ agentliklərinin tapıntıları ilə bağlı şübhələrini dilə gətirən və Rusiya ilə bağlı təhqiqatları pisləyən Tramp seçki kampaniyasi ilə Rusiya arasında əlaqələri rədd edir ("Amerikanın səsi").

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26