Interposta.Info

Frensis Fukuyama:

Dünya
 30-05-2017, 14:52     527

“Əgər Amerika öz prinsiplərinə inanmasa bu bütün dünya üçün ağır nəticələr törədəcək”
“Böyük 7-lik” ölkələrinin sammitindən sonra Qərb liderləri arasında yaranan uçurum bütün açıqlığı ilə üzə çıxdı.


ABŞ prezidenti Donald Trampın bütün strateji məsələlərdə müttəfiq hesab olunan ölkələrlə münasibətlərdə daha çox amerikan eqoizmini qabartması onları həddən artıq məyus etdi.

“Bu gün Avropanın ən güclü lideri hesab olunan Angela Merkelin 3 günlük NATO və “Böyük 7-lik” zirvə toplantılarından sonra ABŞ prezidentinin əvvəlki dövrlərdə olduğu kimi güvənilən partnyor olmadığı qənaətinə gəldiyini söyləməsi bunu göstərir”, - The New York Times qəzeti yazır. Merkel bundan irəli gələrək ənənəvi alyans və birliklərin artıq öncəki zamanlar qədər sabit olmadığını da bildirib.

“Merkelin emosional bəyanatları transatlantik münasibətlərdəki kardinal dəyişikliklərin başlandığını göstərir”, - qəzet qeyd edir.

“Bu ABŞ-ın aparıcı, Avropanın isə idarəçilik rolu oynadığı çağların bitdiyini göstərir”, - ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder qəzetə verdiyi müsahibədə bildirib.

Tramp bəzi müttəfiqlərin iqtisadi uğurlarına paxıllığını belə gizlətməyib. O, xarici ticarətdə dəhşətli kəsirə malik olan ABŞ-dan fərqli olaraq 23 milyardlıq profisitə malik Almaniyanın özünü çox pis apardığını söyləyib.

ABŞ prezidenti bütün bunlara rəğmən öz tvitter səhifəsində 9 günlük Avropa və Yaxın Şərq turnesini olduqca uğurlu hesab edib.

İvo Daalder onunla razılaşmır: “Prezidentin NATO-nun nizamnaməsinin 5-ci maddəsini (Alyans üzvlərini bir-birini müdafiə etmək öhdəliyi-red.) dəstəkləməkdən imtinası, onun Almaniya və digər ölkələri ticarət məsələləri barədə tənqidləri, iqlimlə bağlı Paris sazişindən vaz keçməsi... bütün bunlar ABŞ-ın əvvəlki kimi dünya liderliyi iddiasında olmadığını nümayiş etdirir”.

“Nəhayət ki, fedaral kansler transatlantik münasibətlərin “business as usual”, yəni “əvvəlki qaydalara uyğun oyun”, olmadığını etiraf etdi. İndi bu sözlərdən sonra əməli fəaliyyətə keçmək lazım gələcək”, Almaniyanın “Tagesspiegel” qəzeti yazır.

“Təəssüf ki, ABŞ və Avropa arasındakı münasibətlər bu vaxta qədər heç vaxt görünmədiyi dərəcədə ən alt nöqtəyə qədər geriləyib. Və bütün bunların günahkarı Donald Trampdan başqası deyil”, - politoloq, məşhur “Tarixin sonu və sonuncu insan” ktabının müəllifi Frensis Fukuyama İtaliyanın “la Reppublica” qəzetinə verdiyi müsahibədə bildirib.

“Müsahibəni qələmə alan Antonel Querrera son “Böyük 7-lik” toplantısında ABŞ və Avropa arasında yaranan uçurumun səbəblərini soruşub.

“Ona görə ki, biz ABŞ xarici siyasətinin fəlakətinin şahidi olururq”, -Fukuyama cavab verib.

“Əvvələr heç bir ABŞ prezidenti Avropa liderləri ilə avtokratlar kimi davranmırdı. Tramp isə bunu edir. Onun diplomatiydan xəbəri yoxdur və Avropanın liberal və ağıllı liderləri ilə necə davranacağını müəyynləşdirə bilmir”.

“Qərbin demokratik cəmiyyəti hətta soyuq müharibənin öhdəsindən gələ bilib. Lakin Tramp indi hər şeyi pozmaqla məşğuldur. Çünki o, ümumi tarixi dəyərləri bölüşmür. “Böyük 7-lik” toplantısında isə Tramp demokratiya, insan haqları, Qərbin problmləri ilə bağlı ümumi məsuliyyətdən söhbət belə açmadı”, - Fukuyama bildirib.

Politoloq avropalılara ABŞ və Avropa arasında münasibətləri qorumağa və möhkəmləndirməyə çağırıb. Onun fikrincə, Tramp ABŞ tarixində müvəqqəti və öz cinsində yeganə fenomendir.

“Böyük 7-lik artıq özünün geopolitik mənasını itirmişdi, Tramp isə onu Taormində (sammitin keçirildiyi İtaliyanın Siciliya adasındakı bölgə nəzərdə tutulur-red.) tamamilə bitirdi. Əgər ABŞ demokratiya və Qərb dəyərlərinin orbitindən çıxırsa, o zaman hansı sammitdən danışmaq olar”, - Fukuyama sual edir.

Fukyamanın rəyinə görə, əgər Amerika öz prinsiplərinə inanmasa bu bütün dünya üçün ağır nəticələr törədəcək: “Rusiya artıq ABŞ-dakı bu tərəddüddən istifadə edir. Belə olan halda Qərbin gələcəyi ilə bağlı nikbin olmaq mümkün deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26