Interposta.Info

Rusiya Rakkadan qaçan İŞİD-çiləri darmadağın etdi -

Dünya
 27-05-2017, 18:40     1 063

Rusiya aviasiyası mayın 25-də Rakkadan çıxan və Palmiraya istiqamətlənən İŞİD-ə məxsus 32 “pikap” avtomobili və 120 terrorçunu məhv edib.

Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindəki mənbə yalnız aviasiyanın zərbələrindən 7 “pikap” avtomobilinin xilas olduğunu bildirib.

Həmçinin qeyd edilir ki, Rusiya PUA-ları Rakka üzərində gecə-gündüz növbə çəkirlər və İŞİD-çilərin Rakkadan çıxmasına nəzarət edir. Bildirilir ki, terrorçuların qaçmasına imkan verməmək üçün Rakkadan çıxan yollar zərbə altında saxlanılır.

***

Rusiya Müdafiə Nazirliyi Rakkadan qaçan İŞİD kolonunun məhv edildiyi görüntülərini yaydı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26