Interposta.Info

Təbrizə qadağa Ruhaniyə görə qoyuldu? -

Dünya
 22-05-2017, 12:32     550

İranda Həsən Ruhaninin qələbəsinin qeyd edilməsinə qoyulan qadağanın əsl mahiyyəti üzə çıxıb.

Axar.az xəbər verir ki, sosial şəbəkədə yayılan videolarda Həsən Ruhaninin qələbəsini qeyd etmək üçün küçələrə çıxan fəalların təkcə şənlik etmədiyi, Güneydəki soydaşlarımızın müxtəlif milli şüarlar səsləndirərək, öz demokratik və milli hüquqlarını tələb etdikləri görünür.

Soydaşlarımız Təbrizin küçə və meydanlarında “Haray, haray, mən türkəm”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Türk dili, qeyrət dili”, “Siyamək Mirzayi azad edilsin”, “Nə sağçıyam, nə solçu – Millətçiyəm, millətçi” və s. kimi şüarlar səsləndiriblər.

Aksiyaçıların sayının artmasından sonra təhlükəsizlik qüvvələri şəhərin mərkəzi xiyabanlarını nəzarətə alaraq etirazçıların bir yerə toplaşmasına mane olub.

Qeyd edək ki, ötən gün İran DİN ölkədə Həsən Ruhaninin tərəfdarlarına qələbənin qeyd edilməsi yasağını qoyub və bildirib ki, bu, “toqquşmaların qarşısını almaq” üçündür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26