Interposta.Info

İran islahatçıları dəstəyini Ruhanidən çəkir?

Dünya
 30-08-2018, 13:11     10 378

İran Məclisindəki Ümid partiyasının fraksiyasının rəhbəri Məhəmməd Rza Arif prezident Həsən Ruhaninin apardığı siyasətdən məmnun olmadıqlarını bildirib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Rza Arif sosial şəbəklərdə verdiyi açıqlamada islahatçıların Həsən Ruhanidən narazı olduğunu dilə gətirib.

Onun fikrincə, hazırkı prezident islahatçı və liberal qanadın gözləntilərinə cavab vermir.

Məhəmməd Rza Arif prezident Həsən Ruhaninin kabinetindəki nazirləri də tənqid edib.

İran islahatçıları dəstəyini Ruhanidən çəkir?

Məhəmməd Rza Arif


“Hökumət nazirləri təəsüf ki, məsuliyyət duyğusundan məhrumdurlar. Hökuməti zəiflədən bu duruma qarşı prezident bir an öncə müdaxilə etməlidir”.

Qeyd olunur ki, Məhəmməd Rza Arif Məclisdəki Ümid fraksiyasının əsas lideridir. Əvvəllər bu fraksiya Həsən Ruhanini dəstəkləyir və ona qarşı açıq təniqdlər yönəltməkdən qaçırdı.

Lakin son vaxtlarda liberallar arasında mövcud iqtidardan narazı olanların sayı olduqca artıb.

Məhəmməd Rza Arif hələ keçən ay Ümid Vəqfinə bağlı Tərəqqi komissiyasında nitqi zamanı Həsən Ruhaninin valyuta siyasətini sərt şəkildə tənqid etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26