Interposta.Info

Trampın keçmiş arvadı Amerikanı şoka saldı -

Dünya
 20-05-2017, 11:18     613

ABŞ Prezidenti Donald Trampın keçmiş arvadı Marla Meypl Nyu Yorkun mərkəzində, “Times Square”də bir nəfərin ölümü, 22 nəfərin yaralandığı qanlı avtoqəzanın fonunda gülərək selfi çəkib.

interposta.info
Moderator.az-a istinadən xəbər verir ki, 53 yaşlı aktrisa qəzadan dərhal sonra öz İnstaqram səhifəsi və Snapçat üçün video çəkməyə də başlayıb.

Kadrların birində xanım qəzada ölmüş 18 yaşlı qızın cəsədini kütlədən ayıran lentin düz yanında başqa adamlarla poz verib.

Meypl həm də paylaşdığı videoda deyib ki, “kömək” məqsədilə qəza yerindədir: “Biz Times Squaredə, dəhşətli qəzanın baş verdiyi yerdəyik”.

Buna baxmayaraq qəza yerindəki kadrların altından o belə sözlər yazıb: “XXX Times Square məhəbbətlə”.

interposta.info
Trampın keçmiş arvadı Amerikanı şoka saldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26