Interposta.Info

Goranboyda 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri - VİDEO

Ölkə
 5-06-2017, 18:17     543

Goranboy rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub.

ARB TV xəbər verir ki, Dəliməmmədlidə “VAZ 2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Qəza zamanı yaralananlar - “VAZ-21015” markalı avtomobilin sürcüsü Gəncə şəhər sakini 28 yaşlı Vüqar Əliyev, “VAZ 2106”-nın sürücüsü Goranboy rayon Qaradağlı kənd sakini 35 yaşlı Baris Mövlayev, həyat yoldaşı 32 yaşlı Sveta Mövlayeva, qızları 11 yaşlı Əfsanə və 8 yaşlı Aysel, eləcə də sərnişin 32 yaşlı Mürvət Cəfərov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib. Uşaqlar Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, Sveta Mövlayeva ambulator müalicəyə buraxılıb. Digər 3 yaralının vəziyyəti isə orta-ağırdı.

Yaralılar daha sonra öz istəkləri ilə Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26