Interposta.Info

Kürdlər kütləvi şəkildə Şərqi Azərbaycana gəldi –

Dünya
 19-05-2017, 18:04     703

Sulduzda keçirilən Şəhər Şura seçkilərində səs vermək məqsədi ilə Kürdistanın müxtəlif bölgələrindən kürdlər gətirilir.

Axar.az xəbər verir ki, kürdlər əsasən Mahabad, Piranşəhr, Sərdəşt, Bukan və Sənəndəc bölgələrindən Sulduza göndərilir. Onların gəldikləri maşınları və seçki məntəqələrində növbəyə durmalarını əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.

Azərbaycanlılar bunu seçki saxtakarlığı və qanunsuzluq kimi qiymətləndirib.

Qeyd edək ki, İranda yaşayış qeydiyyatı olmadığına görə ölkənin istənilən yerində səs vermək mümkündür. Məhz buna görə də kürdlər Şərqi Azərbaycanın Urmiya və Sulduz şəhərlərində özlərinə üstünlük əldə etmək istəyir.

Kürdlər artıq bir dəfə bu taktikadan uğurla istifadə ediblər.

interposta.info
Kürdlər kütləvi şəkildə Şərqi Azərbaycana gəldi –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26