Tramp Rusiya ilə məxfi məlumat paylaşıb –

ABŞ qanunvericiliyində bu necə nizamlanır?
ABŞ mediasının verdiyi məlumata görə prezident Donald Trampın Rusiyanın xarici işlər naziri Serqey Lavrova özünü İslam Dövləti (İD) adlandıran qruplaşma haqqında yüksək məxfi məlumatları verib. Bu isə ittifaqın kəşfiyyat mənbələrini təhlükə altına qoymaq deməkdir. Meydana çıxan başqa bir sual da Trampın buna səlahiyyəti olub-olmamasıdır.
Məxfi məlumatların paylaşılması qaydalarını kim müəyyən edir?
Məlumatların klassifikasiyalaşdırılması qaydaları icra hakimiyyətinin periodik olaraq sərəncamları ilə tənzimlənir. Hazırki versiya keçmiş prezident Barak Obamanın 2009-cu ildə imzaladığı 13526 nömrəli sərəncamdır. Qüvvədə olan qaydaya əsasən “hakimiyyətdə olan şəxslər” – agentliklər və departament başçıları öz təşkilatları tərəfindən əldə edilən məlumatları təsnifləşdirə və açıqlaya bilərlər. Onlar hətta müvafiq təhlükəsizlik rəsmiləri ilə də bunu paylaşmaq səlahiyyətinə malikdir. Lakin prezident bütün agentliklərə nəzarət edir və eyni zamanda öz səlahiyyətlərindən istifadə edərək qaydalar müəyyənləşdirə bilər.
Donald Trampın məxfi məlumatı paylaşmaq səlahiyyəti varmı?
ABŞ qanunlarına görə, bəli, Trampn belə bir hüququ var. Məlumatın mülli təhlükəsizlik əhəmiyyətindən gizli olub-olmamasını ali baş komandan kimi prezident özü müəyyənləşdirir. Çünki məlumatların klassifikasiyası sistemi qurulmayb və bu Konqres qanunları ilə nizamlanmır. Bu o deməkdir ki, Trampın ABŞ prezidenti kimi istədiyi məlumatı paylaşmaq və ya gizli saxlamaq səlahiyyəti var.
Amerika Alimləri Federasiyasının hökumət gizliliyi üzrə eksperti Steven Afterqud bildirib ki, təsnifatlaşdırma qanunla tənzimlənmir. “Bu prezidentin səlahiyyətində olan bir şeydir və prezidentin bununla əlaqədar limitsiz səlahiyyətləri var”. Prezident təhlükəsizliyin təminatı qaydalarının parametrlərini özü müəyyənləşdirir.
Trampın paylaşması məlumatın gizliliyini düşürürmü?
Anlaşılan odur ki, xeyr. Ağ Ev rəsmiləri Rusiya ilə paylaşılan məlumatlara görünüşdə ciddi əhəmiyyət verməsə də, administrasiya “Washington Post” reportyorlarına milli təhlükəsizliyə vurulmuş detalları açıqlamamağı xahiş edib (New-York Times).
Əgər bunu başqa birisi paylaşsaydı necə olardı?
Belə bir hərəkət başqa bir rəsmi tərəfindən paylaşılsa idi o, işini itirmiş olardı. Həmin şəxs “Casus aktı” ilə ittiham olunardı.
Akta əsasən, Birləşmiş Ştatlara zərər və yaxud digər ölkəyə kömək ola biləcək müdafiə ilə bağlı sirləri əldə etmək səlahiyyəti olmayan şəxslə paylaşmaq 10 ilə qədər azadlıqdan məhrumetmə cazası ilə cəzalandırılır. Son zamanlar hökumət tez-tez bu akt əsasında gizli məlumatları ictimaiyyətə açıqladığı üçün bir çox şəxsləri ittiham edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26