Prezident:

Ukrayna Prezidenti Poroşenko oğlunun “Russia” yazılı futbolka geyinməsinə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, Poroşenko fotonun Hellouində çəkildiyini və oğlunun bu bayrama uyğun futbolka geyindiyini bildirib.
“Əlbəttə, hətta Hellouində belə bu futbolkanı geyinmək doğru deyil, bu mövzuda 15 yaşlı oğlumla danışmışam.
Sizi əmin edirəm ki, bu, onun futbolkası deyil və gündəlik həyatında oğlum bu futbolkadan istifadə etmir”, - Poroşenko deyib.
Qeyd edək ki, Ukrayna mediası və sosial şəbəkə istifadəçiləri Prezident Poroşenkonun oğlunun üzərində “Russia” yazısı olan futbolka ilə yayılmış fotosuna kəskin etiraz bildirmişdilər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26