Interposta.Info

Rusiya 74 ölkəyə hücum etdi:

Dünya
 13-05-2017, 16:34     657

Qlobal kiberhücumun arxasında Rusiya dayana bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə Britaniyanın “Teleqraf” qəzeti çıxış edib. Qəzet hücumu “Şadou Brokers” haker qrupunun gerçəkləşdirdiyini yazıb.

Hücum ABŞ-ın Suriya ordusunun aviabazasını vurmasından sonra başlayıb. Belə ki, bu hücumun səhəri gün qruplaşma Trampa xəbərdarlıq göndərib. Bir həftə sonra isə qrup ABŞ Milli Təhlükəsizlik Agentliyinin hazırladığı kibercasus proqramından (“VannaKray” proqramı – red.) istifadə edərək hücuma keçib. Eynilə bu proqramdan son hücumda da istifadə olunub.

Qəzetin iddiasına görə, hadisələrin bu cür davamlı olması təsadüf deyil.

Qeyd edək ki, dünən dünyanın 74 ölkəsinə kiberhücum olub. Nəticədə kompüterlə “VannaKray” virusuna yoluxub. Əksər kompüterlər bloklanıb və ekranlarda blokun açılması üçün ödəniş edilməsi tələb olunub

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26