Interposta.Info

Bu qanlı görüntülər ölkəni qarışdırdı -

Dünya
 11-05-2017, 14:27     677

Meksikada əsgərlərin vətəndaşı öldürməsi böyük rezonansa səbəb olub.

Teleqraf.com Türkiyənin ”Hürriyət” qəzetinə istinadla bildirir ki, hadisə Meksikanın Puebla əyalətində baş verib.

Hadisə yerində olan təhlükəsizlik kameralarının görüntülərindən əsgərlərin bir nəfəri saxladığı, daha sonra yerə yıxdığı və başından güllələdiyi aydın olur.

Hadisə zamanı ərazidə daha 3 nəfər gözə dəyib. Əsgərlərdən biri üzü üstə yerə yıxılan şəxsin başına yaxın məsafədən atəş açıb və nəticədə həmin şəxs ölüb.

Meksika Müdafiə Nazirliyi həqiqətən də belə bir cinayətin baş verib-vermədiyini araşdırdığını açıqlayıb. Olayla bağlı yayılan videonun saxta olub-olmadığı aydınlaşdırılacaq.

interposta.info

Videoya baxmaq üçün buranı vurun!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26