Interposta.Info

Rusiya təsdiqlədi:

Dünya
 4-05-2017, 07:28     628

Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Axar.az xəbər verir ki, bunu Astana danışıqlarında Rusiyanın təmsil edən nümayəndə heyətinin rəhbəri, Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev qeyd edib.

Lavrentyev mayın 4-də sözügedən məsələnin rəsmiləşməsi üçün sənədlərin imzalanmasına hazırlıq getdiyini bildirib.

“Hazırda sənədlər üzərində tamamlanma işləri gedir, məhz bu səbəbdən detallar barərədə hələlik heç nə deyə bilmərəm. Məsələ ilə bağlı Türkiyə və İran nümayəndə heyəti ilə danışıqlar aparılır", - Lavrentyev vurğulayıb.

Qeyd edək ki, bu gün Astanada Suriya problemi ilə bağlı çoxtərəfli görüş keçirilir. Müzakirələr sabah da davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26