Interposta.Info

Demokratlar Klintonların intiqamını alırlar -

Dünya
 27-04-2017, 14:39     435

ABŞ prezidenti Donald Trampın komandası təhqiqat obyektinə çevrilib

ABŞ Senatı ölkənin ədliyyə nazirinin müavini vəzifəsinə Rod Rozenştaynın namizədliyni təsdiqləyib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rozenştayn Tramp və onun ətrafının Putin rejimi ilə əlaqələrini araşdırılmasının kurasiyasını həyata keçirəcək.

Onu da qeyd etmək lazımdır ki, bununla bağlı Senatda davam edən təhqiqat 3 aydır ki, respublikaçı çoxluğun təsiri ilə yubadılmaqdadır.

Ekspertlərin rəyinə görə, bu təhqiqat vaxtilə respublikaçıların Bill Klintonun başına gətirdiyi siyasi impiçment hadisəsinə görə demokratlar üçün əsl intiqam vasitəsinə çevrilə bilər.

“Təhqiqatı gecikdirmək olmaz. Potensial xarici düşmən bizim demokratiyaya təcavüz edir. Bu isə məsələyə böyük ciddiyyət və diqqətlə yanaşmağı tələb edir. Əgər bu araşdırma baş tutmasa biz Rusiya qarşısında köməksiz vəziyyətə qalacağıq”, - “The Charlotte Observer” qəzeti yazır.

Təhqiqat komissiyasının həmsədr demokrat senatoru Mark Uorner (Virciniya ştatı-red.) mətbuata verdiyi müsahibədə senatorların əlində böyük miqdarda sənəd olduğunu, habelə 30-dan çox mənbə ilə müsahibə aparıldığını söyləyib.

ABŞ Senatının kəşfiyyat komitəsinin sədri, respublikaçı Riçard Barr isə sözügedən təhqiqatı “Təpə” tarixində görülən ən böyük araşdırma adalndırıb. (“Təpə”-ABŞ qanunvericilik orqanının Amerikadakı adlarından biridir-red.).

Komitədə fəaliyyət göstərən demokratlar təhqiqatdan ötrü Rozenştayndan Tramp və yaxınlarının Rusiya ilə əlaqələrini araşdıra biləcək xüsusi prokurorun ayrılmasını tələb edirlər.

ABŞ tarixində belə bir presedent olub. Məsələn, 90-cı illərdə respublikaçılar Bill Klilntonun vəzifə səlahiyyətlərini aşmasının yoxlanılması ilə əlaqədar xüsusi prokurorun - Kennet Starrın təyin edilməsinə nail ola bilmişdilər.

Bir sıra ekspertlərin rəyinə əsasən, bu məsələnin müsbət həlini tapması demokratlara Tramp haqqında impiçment prosedurunu başlatmağa imkan verə biləcək.

Belə ki, təhqiqatın təşkilatçıları araşdırmanın gedişində Trampla bağlı yeni faktların ortaya çıxacağına və bunun gələcəkdə prezidentin vəzifədən kənarlaşdırılması üçün əsasa çevrilə biləcəyinə ümid edirlər. Məsələn, Bill Klintonla bağlı iş onun Arkanzas qubernatorluğu dövründə bir sıra əmlak maxinasiyalarına yol verməsi şübhələri ilə bağlı qaldırılmasına baxmayaraq, iş sonradan Monika Levinski əhvalatı ilə ayrı məcraya girdi.

ABŞ mətbuatının yazdığına görə, komissiya üzvləri Tramp administrasiyasının “mətbəxinə” daxil olan bütün üzvləri dindirmək niyyətindədir. Buraya prezidentin keçmiş müşavirləri Rocer Stoun. Pol Manafort, Karter Peyc və Mayk Flinn də daxildir.

Stoun xaric onların hamısı bu və ya digər şəkildə Rusiya ilə əlaqələrə malik olublar. Manafort hətta Ukrayna prezidenti Viktor Yanukoviçə ən yaxın isimlərdən biri olub.

Bundan başqa, komissiya Trampın kürəkəni Cared Kuşneri də şorğu-suala çəkmək niyyətindədir. Kürəkən prezident kampaniyası dövründə bir çox rus şirkəti ilə şübhəli kontaktlar yaratmaqda şübhələnir.

Mayın 2-də komissiya FTB direktoru Ceyms Komi və Milli Təhlükəsizlik Agentliyinin direktoru Maykl Rocersin iştirakı ilə ilkin iclasını keçirəcək.

Mayın 8-də isə Rusiyanın ABŞ-da prezident səkilərinə müdaxiləsi ilə bağlı Senatda dinləmələrə başlanılacaq.

Həmin iclasda milli kəşfiyyatın keçmiş rəhbəri Ceyms Klepper və ədliyyə nazirinin keçmiş müavini Salli Yatsın da çıxış edəcəyi gözlənilir.

İndi Amerikada hər kəsi bu sual maraqlandıdır: Senat Trampın prezident olacağını qabaqcadan görən, indi isə onun impiçmentə məruz qalacağını iddia edən Allan Lixtmanın kəhanətini tutdura biləcəkmi...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26