Interposta.Info

Tramp administrasiyası bütün xarici yardımları kəsir

Dünya
 26-04-2017, 12:32     420

ABŞ prezidenti bu addımı ilə ölkəsinin dünyadakı nüfuzunu təhlükə altına atır

ABŞ prezidenti Donald Tramp “Amerika hər şedən öncə gəlir” vədi çərçivəsində inkişaf edən ölkələrə yardımın radikal surətdə azaltmağı və

Beynəlxalq inkişaf üzrə agentliyi Dövlət Departamentinə birləşdirməyi fikirləşir.

Musavat.com xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında Brayan Harris, Robbi Qreymer və Emili Temkinin həmmüəllif olduqları məqalədə qeyd edilir.

Məqalə müəlliflərinin qeyd etdiyi kimi, hələ mart ayında yeni administrasiyanın inkişaf etməkdə olan ölkələrə göstərilən yardımları 1/3-ə qədər azalmaq niyyəti barədə xəbərlər dolaşsa da, planın detalları bəlli edilməmişdi.

Artıq yeni plana görə, Ağ Ev birbaşa xarici yardımları 2018-ci ildə ən azı yarıya qədər kəsmək niyyətindədir.

“Bu ixtisarlardan bəziləri strateji əhəmiyyət kəsb edən ölkələri belə vuracaq. Məsələn, yeni plan Ukraynaya göndərilən və ölkənin siyasi və iqtisadi islahatların təşviq edilməsinə yönəlmiş vəsaitlərin 68,7% azaldılmasını nəzərdə tutur.

“Bir çox illər ərzində ABŞ-ın Ukrayna siyasətindəki əsas istiqamətlərindən biri də bu ölkənin Avropa institutlarına yaxınlaşdırmaqdan ötrü ona maliyyə yardımının ayrılmasından ibarət olub”, - ABŞ-ın Ukraynadakı keçmiş səfiri, hazırda Amerika sülh institutunun prezidenti Uilyam Teylor Trampın planını təəssüflə qarşılayır. “Bizim starteji maraqlarımız Ukraynanın Rusiyanın bədnam institutları ilə yaxınlaşmamasını tələb edir”, - səfir qeyd edib.

ABŞ-ın beynəlxalq inkişaf üzrə agnetliyin (AMP) direktoru səlahiyyətini icra edən Ueyd Uorren idarənin əməkdaşları ilə keçirdiyi iclasda rəhbərlik etdiyi qurumun Dövlət Departamentinə birləşdirilməsinin istisna olunmadığını söyləyib.

Məqalədə qeyd olunduğuna görə, büdcə ixtisarı sayəsində AMP-nın 35 sahə missiyasından 30-u ləğv ediləcək. Bundan başqa qurumun regional bürolarının 65%-i azaldılacaq. Hazırda isə agentlik 100 ölkədə fəaliyyət göstərir.

“Missiyaların qapadılmasından əlavə dünya səhiyyəsinin maliyyələşməsi də zərbə altındadır. Bu isə 41 ölkəyə ayrılan maliyyə vəsaitinin kəsilməsi deməkdir. Dövlət Departamentin büdcəsində səhiyyə sahəsində proqramların ayrılan pulların 25 % azalacağı göstərilib. Bundan başqa, Ərzaq təhlükəsizliyi bürosu da 68%-lik kəsintiyə məruz qalacaq”, məqaədə bildirlir.

“Ağ Evin əsas zərbə vurduğu sahələrdən biri də qlobal istiləşmə ilə bağlı dövlət proqramlarıdır. Büdcədə Dövlət Departamentinə bağlı Okeanlar və ətraf mühitin beynəlxalq mühafizəsi üzrə bürosunun maliyyələşməsinin 95%-ə qədər azaldılması planlaşdırılır. Bu təxminən 1 milyard dollara qədər məbləği əhatə edir. Həmin məbləğ hökumət tərəfindən, havaya axıdılan zərərli maddələrin təsirinin azaldılması məqsədilə yaradılan Yaşıl iqlim fonduna köçürülürdü.

Bundan başqa, büdcədə 77 ölkədə iqtisadi dəstəyi nəzərdə tutan proqramların demək olar hamsının ləğvi də nəzərdə tutulmaqdadır. Bu proqramlar isə əslində ABŞ-ın siyasi və strateji məqsədləri üçün tərtib olunmuşdu.

Trampın ABŞ-ın dünyadakı maliyyə yardımını az qala sıfıra endirmək barədə planı respublikaçılar, xüsusilə də demokratlar tərəfindən süngü ilə qarşılanır. Hələ bu ilin fevral ayında istefada olan 121 general və admiralın imzası ilə Ağ Ev və Konqresə göndərilən məktubda ABŞ-ın başqa ölkələrə yardımlarının kəsməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıqlar səslənib. Məktub müəllifləri Trampın bu hərəkətlə ABŞ-ın dünyadakı bütün bölgələrində öz nüfuzunu itirəcəyini qeyd ediblər./musavat

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26