Interposta.Info

Türk ordusundan müdhiş əməliyyat:

Dünya
 22-04-2017, 12:14     597

Türkiyənin təhlükəsizlik qüvvələrinin son həftə ərzində Şırnak, Hakkari, Diyarbəkir, Batman, Mardin və Bitlis vilayətlərində keçirdiyi antiterror əməliyyatları çərçivəsində 45 PKK terrorçusu zərərsizləşdirilib.

Report xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyatlar zamanı 5 hərbi qulluqçu həlak olub, daha 5 nəfər yaralanıb. Baş Qərargahdan həmçinin bildirilib ki, 2016-cı ilin avqustundan Suriyanın şimalında 243 yaşayış məntəqəsi terrrorçulardan təmizlənib. Bununla da azad edilmiş ərazilərin sahəsi 201 kvadrat kilometrə çatıb.

Hazırda Əl Bab, Kabbasin və Bzaqah rayonlarının minalardan təmzilənməsi davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26