Interposta.Info

Tu-95-lərin əsəb oyunu:

Dünya
 20-04-2017, 07:30     591

Rusiyanın iki bombardmançısı ötən gecə yenidən Alyaskaya yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Foks Nyus kanalı ABŞ Müdafiə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, ötən gündən fərqli olaraq, bu dəfə ABŞ havaya qırıcılar qaldırmayıb.

“Rusiya bombardmançıları Tu-95-lər artıq ikinci gündür Alyaskaya doğru uçurlar. İki Tu-95 Alyaskaya 38 dəniz mili (67 km) məsafəyədək yaxınlaşıb”, - kanalın prodüseri Lukas Tomlinson Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ikinci insident dünən gecə baş verib. Xəbəri CNN də təsdiqləyib və ABŞ-ın reaksiya vermədiyini vurğulayıb.

Qeyd edək ki, birinci gün gecə də anoloji hadisə baş vermişdi. Tu-95 təyyarələrinin Alyaskaya yaxınlaşdığını 450 kilometrdən müəyyənləşdirən ABŞ HHQ dərhal havaya iki F-22 qırıcısı qaldırmışdı.

Qırıcılar Tu-95-ləri 12 dəqiqə müşayiət etmiş və rus bombardmançıları öz aviabazalarına istiqamət alandan sonra geri dönmüşdülər.

Maraqlıdır ki, birinci gün Tu-95-lərin Alyaska sahillərinə 161 km yaxınlaşdığı qeyd edilmişdi, bu gün isə daha irəli gediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26