Interposta.Info

Türkiyədə dəhşətli helikopter qəzası:

Dünya
 18-04-2017, 20:10     772

Türkiyə mətbuatının yaydığı son məlumata görə, xilasedici qruplar hadisə yerinə çatıblar. Bildirilib ki, qəza nəticəsində helikepterdə olan şəxslərin hamısı həlak olub.
16:14
Türkiyənin Fövqəladə Hallar və Təhlükəsizlik Baş Direktorluğu (AFAD) helikoterin koordinatlarının müəyyən edildiyini açıqlayıb. Helikopterin ekipajı 112 xidmətinə zəng edərək yaralıların olduğunu bildirib.
Səhiyyə Nazirliyi Tuncelidə polis helikopteri ilə əlaqənin kəsildiyi bölgəyə təcili tibbi yardım qrupları göndərib.
DHA agentliyinin məlumata görə, qəza nəticəsində 7 nəfər yaralanıb.
***
“Sikorsky S-70 Blackhawk” tipli vertolyot Diyarbəkrdən qalxıb. Onunla rabitə əlaqəsi yerli vaxtla saat 11:50-də kəsilib.
Axtarış-xilasetmə tədbirləri üçün bölgəyə Diyarbəkrdən CN235 tipli təyyarə göndərilib. E-7T təyyarəsi da Tuncelidə vertolyotdan gələcək siqnalı müəyyən etmək üçün əraziyə yollanıb. Xüsusi təchizata sahib E-7T təyyarəsi xüsusi siqnalları müəyyən edə bilir.
Malatyadan qalxan 2 ədəd “Sikorsky S-70” vertolyotu də axtarış-xilasetmə işlərinə dəstək verir.
14:52
Türkiyənin Tunceli vilayətində helikopter qəzaya uğrayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vertolyotda 2 hakim, 7 polis və 3 ekipaj üzvü olub. Hazırda axtarış-xilasetmə işləri davam edir.

XebertBiz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26