Interposta.Info

Suriya müxalifətçiləri

Dünya
 15-04-2017, 18:21     409

Suriya müxalifətçiləri Əsəd rejiminin hücumlarına cavab olaraq Şama (Dəməşqə) doğru irəliləməkdə davam edir.

Bu sözləri əməliyyat komandirlərindən olan Abdullah Hüseyn söyləyib.

“İlk üç saatda 13 ərazini ələ keçirdik. Ancaq rejimin hava hücumları səbəbindən geri çəkilmək məcburiyyətində qaldıq. Buna baxmayaraq, 50-dən çox əsgəri öldürdük, bir tankı məhv etdik və 6 nəqliyyat vasitəsini ələ keçirdik. Hücüm davam edərsə, Şamın 6 kilometrliyində yerləşən Rukeldin ərazisinə çatacağıq”, - deyə o bildirib.

Qeyd edək ki, müxalifətçilər ötən ay rejimin Şamın Duma, Haresta rayonları və Qabıq, Bərzə, Cobar ərazilərinə etdiyi hücumlara cavab olaraq əməliyyata başlayıblar./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26