Interposta.Info

Bərzani ilə görüş: İraqın xəritəsi yenidən çəkilir –

Dünya
 15-04-2017, 18:11     535

Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani ilə görüşüblər.

Bu barədə informasiyanı Türkiyənin “Milli Qəzeti” yayıb. Ərbildə baş tutan toplantıda Britaniyanı Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Tobias Martin Elvud, səfir Frank Bakeri və digər diplomatlar iştirak edib.

Görüşlə bağlı ən maraqlı məqam isə tərəflərin İraq xəritəsi üzərində danışıqlar aparması olub. Britaniya Xarici İşlər Nazirliyi görüşdə İŞİD-lə mübarizədə peşmərgənin dəstəklənməsi və İŞİD-dən sonrakı dönəmdə hər iki tərəfin Mosulla bağlı istəklərinin müzakirə edildiyini bildirib./axar.az

interposta.info
Bərzani ilə görüş: İraqın xəritəsi yenidən çəkilir –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26