Interposta.Info

ABŞ Şimali Koreyanı vuracaqmı? -

Dünya
 11-04-2017, 16:58     434

ABŞ-ın Koreya yarımadasına hərbi gəmilər göndərməsi bölgədə vəziyyəti gərginləşdirib.

Şimali Koreya da buna qarşı ABŞ-a xəbərdarlıq edib: “ABŞ hansı üsulla qarşılıq istəyirsə, onu da alacaq”.

Şimali Koreya növbəti dəfə Yapon dənizinə raket atdıqdan sonra ABŞ raket gəmisi də daxil olmaqla Koreya yarımadası hövzəsinə gəmi zərbə qrupu göndərir. 5000-dən çox matros və 60 hərbi hava gəmisini daşıyan “USS Karl Vinson” gəmisi də daxil olmaqla Koreya yarımadası hövzəsinə gəmi zərbə qrupu göndərir. 5000-dən çox matros və 60 hərbi hava gəmisini daşıyan “USS Karl Vinson” gəmisi də daxil olmaqla raketləri məhv edəcək daha üç ayrı hərbi gəmi Koreya yarımadasına yola düşüb. Gəmilərin atəş açmaq və potensial hücuma qarşılıq vermək gücünə malik olmaları Trampın Koreya siyasətini mürəkkəbləşdirir.


Musavat.com cnn.com saytına istinadən xəbər verir ki, Şimali Koreya rəsmiləri bildiriblər ki, hazırki vəziyyət ona gətirib çıxarır ki, Pxenyan “özünümüdafiə etmək üçün nüvə silahı istifadə etsin”.

“ABŞ-ın sonunu düşünmədən hər hansı bir məsuliyyətsiz hərəkəti katastrofik nəticələrə səbəb olacaq və bundan ABŞ günahkar olacaq” – bildirişdə deyilib.

Bu gün Şimali Koreya lideri Kim Çen In Ali Xalq Assambleyasının heyətini toplayacaq. Gözlənilən odur ki, Kim babasının doğum gününə ithafən yenə də raket və çox güman ki, nüvə qurğusunu sınaqdan keçirsin.

Şimali Koreyanın ən yaxın müttəfiqi olan Çin Amerikaya yaranan gərginliyi diplomatik yolla həll etməyi məsləhət görür.

ABŞ dövlət katibi Reks Tillerson bazar günü bildirib ki, Çin Şimali Koreyanın nüvə proqramının nə dərəcədə təhlükəli olmağa başladığını başa düşür və ona “dur” deyənin lazımlılığı fikri ilə razılaşır. Lakin rəsmi Pekin Çin və Amerika prezidentlərinin görüşündən sonra Pxenyanın yanaşmasında bir dəyişiklik olmayıb.

ABŞ-ın müttəfiqləri Yaponya və Cənubi Koreya isə “Vinson” hərbi gəmi qrupunun yarımadaya hərəkətini dəstəkləyir.
Cənubi Koreya hərbi gəmilərin yarımadaya gəlməsini artıq “Koreya yarımadasında məzar vəziyyəti” adlandırıb.

“CNN”-nin “New Day” proqramına danışan MKİ və Milli Təhlükəsilik Agentliyinin sabiq rəhbəri general Maykl Hayden bildirib ki, Ağ Ev öz üzərinə çətin tapşırıq götürüb, Şimali Koreyanı nüvə proqramından əl çəkməyə inandırmaq çətin olacaq.

“Bizim nə etməyimizdən asılı olmayaraq fakt odur ki, Şimali Koreya raket silahlarını yaradır və hərbi gücünü artırır”- Hayden deyib. “Silahlanma rejimin hakimiyyətdə qala bilməsi üçün edilir. Bizim edə biləcəyimiz ən yaxşı şey odur ki, Koreyanı haradan çıxıbsa, oraya da göndərək”- Hayden deyib.
Raketləri durdurmaq

Əksər analitiklər belə hesab edir ki, Amerika hərbi gəmiləri müdafiə məqsədilə səfərbər edib. Belə ki, “Vinson” qrupu ərazidə raketlərin atılmasınının qarşısını almaq üçündür. Mudafiə üzrə analitiklərdən Bryus Bennetə görə, yarımadaya göndərilən “Vinson”dan əlavə 3 ayrı hərbi gəminin daha 300 birləşmiş raket boruları var və “Aegis” anti-raket sistemi ilə təchiz edilib.
“Əgər Şimali Koreya yenidən bir sıra ballistik raketləri Yapon dənizinə ataraq sınaqdan keçirsə, bu gəmilər onu durdurmaq gücünə malikdirlər”- Bennet deyib.

Analitiklər həmçinin onu da bildirirlər ki, uzaqmənzilli raketilərin əngəllənməsi Kimə açıq mesaj olacaq. “Karl Vinson” qrupu ABŞ-ın Yaponyadakı bazasından yox, Havayda yerləşən bazasından idarə olunur. Bu açıq-aydın onu göstərir ki, Amerika özü buna təşəbbüs edib”- Brisbanda Griffth Asiya İnstitunun tədqiqatçısı Peter Layton CNN-ə danışıb. Bu da Yaponya və Cənubi Koreyanı onlara qarşı hər hansı bir Şimali Koreya hücumundan sığortalaya bilər.

“Vinson” qrupunun Şimali Koreyanın potensial silah sınağına necə cavab verəcəyi isə bir sıra deputatları narahat edir. “Biz interkontinental ballistik silahını vurmağa hazırlaşırıq? Bunlar Konqresdə soruşulmalıdır ”- respublikaçı deputat Vill Hard “New Day” proqramında deyib.

Hücum zərbəsi endirmə imkanları

Tramp administrasiyasının fikrincə, Şimali Koreya belə bir fikrə düşüb ki, Şimali Koreyaya qarşı önləyici zərbələr endirsin.

Lakin potensial hücum zərbələrinin metodu və əhatə dairəsi məlum deyil. “Vinson”un hava qanadı düşmənin hərbi bazasına bomba və raketlərlə zərbələr endirmək gücünə malikdir. Eyni zamanda qrupa daxil olan digər gəmilər isə radar düşməyin qarşısını almaq, düşmənin hər-hansı elektronik nəzarətini dağıtmaq və hava hücumunu önləmək gücünə malikdir.

Bundan əlavə, analitiklər bildirirlər ki, əgər ABŞ Şimali Koreyaya demək istəyirsə ki, bundan sonra hər hansı bir ballistik raket və nüvə qurğusunun sınaqdan keçirilməsi dözülə bilən şey deyil, o zaman “Vinson” qrupundan hər hansı bir potensial ABŞ hücumu kiçik ölçülü zərbədən böyüyə doğru dəyişə bilər.

“Lakin Vinson qrupunun Şimali Koreyanın nüvə mülklərinə zərbə endirmək üçün silahı olmaya bilər. Belə ki, onlar ən dərinə gömülüblər”, - “Heritage” fondunun eksperti Dakota Vud Cnn-ə bildirib.

Şimali Koreya keçən həftə Yapon dənizinə ölkənin şərqində yerləşən Sinpo limanında ballistik raket atıb. Şimali Koreya atılan raketin sınaq məqsədilə edildiyini desə də, əslində nüvə silahlarının daha da təkmilləşdirilməsi üçün edildiyi bildirilir.

ABŞ dövlət katibi Reks Tillerson məsələ ilə bağlı münasibət bildirərkən deyib: “ABŞ Şimali Koreya haqqında hər şeyi deyib. Artıq heç bir şərh verilməyəcək”.

Tramp həftə ərzində “əgər Çin Şimali Koreya məsələsini həll etməzsə, biz həll edəcəyik. Hələlik bu haqda deyəcəyim bundan ibarətdir” demişdi.

interposta.info
ABŞ Şimali Koreyanı vuracaqmı? -
ABŞ Şimali Koreyanı vuracaqmı? -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26