Interposta.Info

5-ci kompromat respublikası –

Dünya
 10-04-2017, 16:07     490

Fransada prezidentlik yarışı həmişə kompromatlar və siyasi skandallar müharibələri ilə yadda qalıb.

Hazırkı yarış da əvvəlkilərdən o qədər də fərqlənmir. Əsas namizədlərin, demək olar ki, hamısı müxtəlif cinayətlərdə ittiham edilir.

Öncə onu qeyd edək ki, Fransa demokratik ölkədir. Orada bu cür halları araşdıran və qarşısını alan, ictimai rəydə qınaq atmosferi yarada bilən müstəqil mətbuat və ədalət sistemi mövcuddur.

Musavat.com xarici mediaya istinadən Fransada seçki tarixindəki kompromatlar savaşı ilə bağlı yazını təqdim edir.

5-ci respublika tarixində ilk böyük skandal keçmiş prezident Jorj Pompidu (1969-1974) ilə bağlıdır.

Doğrudur, bu qalmaqal Jorj Pomidunun hansısa rüşvət və ya korrupsiya əməli ilə bağlı olmayıb. Pompidu indinin özündə də Fransada əxlaq və dürüstlüyün etalonu hesab edilir. Lakin Pompidunu adı ailəsinə atılan böyük bir ləkə ilə yadda qalıb.

Məsələ burasındadır ki, 1968-ci ilin oktyabrın 1-də Paris kənarında bir zamanlar məşhur aktyor Alen Delonun da cangüdəni olmuş Stefan Markoviç adlı şəxsin meyidi tapılır. Qəzetlər sonradan Markoviçin kriminal keçmişini didməyə başlayıblar. Bundan başqa, Markoviçin müəyən zamanlarda seksual xarakterli gecələr təşkil etdiyi ortaya çıxıb. Hadisədən bir qədər sonra sağ radikallara məxsus “La Minute” qəzetində həmin gecələdən birində Jorj Pomidunun arvadı Klod Pompidunun da olduğu barədə məqalə dərc edilib.

Bu işin əvvəldən quraşdırılmış olduğuna inanan gələcək prezident hətta öz şəxsi təhqiqatını belə aparıb.

Fransa mətbuatının yazıdğına əsasən, Pompiduya qarşı edilən bu hərəkət onun o vaxtkı prezident, general Şarl de Qolla arasının dəyməsindən sonra baş verib. (Pompidu 1962-1968-ci illərdə, de Qollun dövründə baş nazir olub).

Bundan əlavə, həmin dövrdə Şarl de Qollun prezidentlik müddətini başa çatması onun ətrafındakı mübarizəni daha da qızışdırırdı.
Rəqiblərin fikrincə, Klod Pomidu ilə bağlı fotolar onu prezidentik istəklərinə son qoymalı idi. Sonradan bütün bu işlərin arxasında baş nazir Moris Kuv de Mürvil, ədliyyə naziri Rena Kapitan və məxfi idarənin rəisi Pyer Lemarşanın durduğu barədə informasiyalar gəzdi. Hər halda bu skandal Pompidunun prezidentlik yolunda əngəl törədə bilmədi.

5-ci pespublikanın 3-cü prezidenti Valeri Jiskar d`Estenin adı isə məşhur “Bokassa brilyantları” ilə bağlı skandalla bağlıdır.

Bu skandal ona 1981-ci il seçkilərində rəqibi Fransua Mitterana uduzmaq bahasına başa gəlib.

Skandala səbəb 1979-cu ilin oktyabrın 1-də “Le Canard enchaine” qəzetində prezidentin Mərkəzi Afrika Respublikasının diktatoru Jan-Bedel Bokassadan iri partiyada brilyant alması ilə bağlı gedən məlumat olub.

Bu işin əsli isə daha dərindir. Belə ki, həmin dövrdə Bokassonun Liviya prezidenti Müəmmər Qəzzafi ilə yaxınlaşmasına imkan vermək istəməyən Fransa xüsusi xidmət orqanları, onun sentyabrda Liviyaya rəsmi səfərindən istifadə edib “Qaban” kodu adı altında saray çevrilişi təşkil etdilər. Bəzi qəzetlər həmin vaxt çevrilişdə iştirak edən fransız əsgərlərinin Bokassanın sarayını qarət etdiyi və oradan böyük miqdarda brilyantlar apardığnı yazırdı.

Cəmi bir ay sonra jurnalistlər Bokassaya məxsus brilyantların bir qisminin Jiskar d`Estendə olduğunu aşkar etdilər. D`Esten brilyantların Bokassoya məxsus olduğunu inkar etməsə də, onu çevrilişdən qabaq hədiyyə kimi özündən aldığını, lakin bunu müvafiq qaydada qeydiyyatdan keçirməyi unutduğunu söylədi. Hər halda Fransa xalqı bunu prezidentə başğılamadı və o, 2 il sonra kreslosu ilə vidalaşmalı oldu.

Fransada prezidentlik iddiası daşıyan siyasətçilərdən biri də 1992-1993-cü illərdə baş nazir olmuş Pyer Bereqovua olub.

1993-cü ildə “Le Canard enchaine” onun bir dostundan mənzil almaq üçün 1 milyon frank pul alması barədə informasiya verib. Fransada rüşvət və korrupsiyaya qarşı mübarizlərdən biri seçilən və bir çox skandalın üstünü açan Bereqovua adı ilə bağlı bu skandaldan özünə gələ bilmədi. O, istefa verdikdən bir qədər sonra, 1993-cü ilin may ayının 1-də intihar etdi. Bəzi araşdırmaçılarn fikrincə, Bereqovua həqiqətən əvvəlcədən quraşdırılırmış iftiranın qurbanı olub. Keçmiş baş nazirin dövlətə məxsus “Elf” neft şirkəti və Tayvana satılan hərbi gəmilərlə bağlı korrupsiyaların üstünü açmaq üzrə olduğunu, bu səbəbdən hətta intihar etmədyi və öldürüldüyü barədə yazılar indi də dərc olunmaqdadır.

Fransanın erməni əsilli keçmiş baş naziri Eduard Balladür da korrupsiya skandalı ittiham ilə siyasi karyerasına son qoyub.

Balladürün “başı” “Karaçi işi”nə görə gedib.

Belə ki, keçmiş baş nazir Səudiyyə Ərəbistanı və Pakistana sualtı qayıqların satışından qeyri-qanuni xərac almaqda günahlandırılıb. 1995-ci il seçkiləri öncəsi çıxan bu skandal Balladürü yarışı erkən bitirməsinə və yerini Jak Şiraka verməsinə yol açıb.

Elə Jak Şirakın özünün adı da mətbuatda təmiz çıxmayıb.

Fransanın keçmiş prezidenti Paris meri olan vaxt iş yerləri açmaq adı altında özünə yaxın adamlara və partiyasına pul axıtmaqda (30 milyon frank) ittiham edilib. Bundan başqa, Şirakın bir neçə il ərzində pulunu ödəmədiyi aviaşirkətin xidmətlərindən istifadə etdiyi ortaya çıxıb. Söhbət 2,5 milyonuq səyahət məbləğindən gedir.

Şirakdan sonra 2012-ci ildə namizəd olmasına qəti gözlə baxılan baş nazir Dominik de Vilpen isə əsas rəqibi Sarkozi ilə apardığı kompromat müharibəsindən məğlub ayrılıb.

Fransada “Klistrim” adı ilə tanınan işdə de Vilpenin Avropa aerokosmik və müdafiə konserninin (EADS) rəhbəri Jan-Lui Jerqoren vasitəsilə Tayvana satılan 6 freqatla bağlı korrupsiya işində Sarkozinin də adının hallandırılmasına nail olub.

Lakin sonradan Sarkozi və onun tərəfdarları məsələnin de Vilpenin komandası tərəfindən əllərindəki dövlət imkanları vasitəsilə şişirdildiyini ortaya çıxara bilib. Bu hadisə de Vilpeni prezidentlik ambisiyalarından vaz keçməyə, Sarkozinin isə prezident seçilməsinə şərait yaradıb.

Nikola Sarkozinin adı “Lilian Betankur” və Müəmmər Qəzzafi işi ilə hallanır.

Birincisi, dünyaca məhur L`Oreal şirkətinin sahibəsi Lilian Betankurun Sarkozinin prezidentlik kampaniyası üçün qeyri-qanuni olaraq “ötürdüyü” pullarla bağlıdır. Mətbuatın rəyinə görə, Betankur həmin vaxt vergi orqanları ilə yaranan problemlərdən canını qurtarmaq istəyirmiş. İkincisi isə Qəzzafinin Sarkoziyə prezident seçilməsi üçün 50 milyon dollarlıq yardım etməsi ilə əlaqədardır. Liviyanın mərhum lideri 2011-ci ilin martın 3-də “France 3” telekanalına verdiyi müsahibədə Sarkozinin kampaniyasına dəstək verdiyini təsdiqləmişdi.

Fransada kompromat skandalına qurban gedən siyasətçilərdən biri də Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominik Stross-Kandır.

Stross-Kan Nyu-Yorkun “Sofitel” otelinin bir xidmətçisinə seksual xarakterli sataşma ittihamı ilə həbs edilmişdi. Doğrudur, o, sonradan bəraət alsa da, bir daha siyasi proseslərdə iştirak edə bilmədi.

Nəhayət, son seçkilərdə ən böyük kompromatı keçmiş baş nazir Fransua Fiyonun ayağına yazmaq olar.

Eks-baş nazir evdar qadın olan həyat yoldaşına yarım milyonluq maaş yazmaqda, milyarder Mark Ladre de Laşaryerdən sahibi olduğu “Revu des deux Mondes” jurnalından yenə də arvadına yüksək məbləğdə qonorar yazılmasında, Rusiya prezidenti Vladimir Putinlə görüşməyi təşkil etmək üçün liviyalı iş adamı Fuad Mahzumidən 50 min dollar pul almaqda, vergilərdən yayınmaqda ittiham edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26