Interposta.Info

Misirdə kilsələr partladıldı:

Dünya
 10-04-2017, 12:43     442

Bu gün Misirdə ardıcıl partlayışlar baş verib. İlk partalyış Tanta şəhərindəki Mar-Qirqis kilsəsi yaxınlığında, ardınca isə kilsənin içərisində törədilib.

Bu partlayışlar zamanı 30 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.

Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

Bir qədər əvvəl isə Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış törədilib. Nəticədə 6 nəfər həlak olub, 40-dan artıq insan yaralanıb.

Bu arada "Al-Vatan" qəzeti kilsədə partlayış nəticəsində 8 nəfərin öldüyünü yazıb. Həlak olanlardan 3-ü polis əməkdaşıdır. Onların arasında İsgəndəriyyə Cinayət Axtarış İdarəsinin rəisi də var.

İlkin məlumatlara görə, partlayışı intiharçı-terrorçu həyata keçirib. Misir KİV-lərinin məlumata görə, partlayış zamanı patriarx İkinci Teodor kilsəsində olub, amma o, xəsarət almayıb.MilliYol.Az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26