Interposta.Info

Rusiyada daha bir partlayış baş verdi

Dünya
 6-04-2017, 11:57     1 028

Rostovun mərkəzində partlayış qeydə alınıb.

Axar.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarına istinadla RİA məlumat yayıb.

Qeyd edilir ki, küçə süpürgəçisi yerdə şübhəli əşya görərək ona yaxınlaşıb. Partlayıcı maddə onun əlində işə düşüb. Nəticədə sözügedən şəxs qarın nahiyəsindən yaralanıb və barmaqlarını itirib.

Hazırda hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Digər mənbə isə insidentin məktəb yaxınlığında baş verdiyini təsdiqləyib. Polislər əraziyə gediş-gəlişi bağlayıb, məktəbdə isə dərslər dayanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26