Interposta.Info

Rusiya qırıcıları Suriyada məscid və bazarı

Dünya
 5-04-2017, 07:30     517

Rusiyaya məxsus hərbi təyyarələr Suriyada məscid və bazarı bombalayıb. Faciə Suriyanın şimalındakı İdlib əyalətinin Salkin və Cisr əş-Şuğur bölgələrində baş verib. İnsident nəticəsində 21 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu xəbər dünya ölkələri arasında birmənalı qarşılanmayıb. Abş və Qərb siyasətçiləri bunu Rusiyanın bilərəkdə Suriyada təxribat törətmək istəyi kimi şərh ediblər. Azərbaycanlı siyasətçilər isə bu fikirlərlə razılaşmır.
interposta.info xəbər verir ki, politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, dinc əhaliyə toxunmadan terrora qarşı müharibə aparmaq mümkün deyil.
“Mosulda Amerika ilə İraq ordusu birlikdə keçirdikləri əməliyyatlarda çoxlu sayda dinc əhali ölüb. Hələbdə Ruslar İranla birgə əməliyyat apararkən ynə də dinc əhali qırıldı. İndi Rakkada əməliyyatlar başlayıb. Şübhə yoxdur ki, orada da dinc əhlai qırılacaq. Xüsusən terrorçular partizan müharibələri aparırlar. Geniş meydanda döyüşmürlər. Şəhərlərə girirlər, əhalinn sıx məskunlaşdığı ərazilərdə dğöyüşürlər. Bu zaman da əməliyyatlar dinc əhalinin ölməsi ilə nəticlənir. Düşünmçürəm ki. Rusiya bilərəkdən məscidləri, məktəblər, hamamları, bazarları bombalayır”, - deyə Z.Əlizadə bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26