Interposta.Info

FETÖ-çuların toplantısına belə basqın edildi -

Dünya
 28-03-2017, 20:33     425

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları FETÖ-çuların toplantısına basqın təşkil edib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində həmin ünvanda olan 7 şübhəli şəxs saxlanılıb.

Toplantının keçirildiyi məkanda aparılan araşdırma nəticəsində müxtəlif rütbə və vəzifələrin əks olunduğu kağızlar və Fətullah Gülənə aid olduğu ehtimal edilən paltarlar tapılıb.

Ünvanda aşkar edilən mobil telefonlar isə təhqiqat aparılması üçün polis əməkdaşları tərəfindən müsadirə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26