Interposta.Info

“Mossad” fransız kəşfiyyatçısını ələ almağa cəhd edib –

Dünya
 27-03-2017, 13:09     651

"Mossad" Fransa xüsusi xidmətinə öz adamlarını yeritməyə cəhd edib

Strateq.az xəbər verir ki, bu barədə gündəlik "Le Monde" nəşri məlumat yayıb.

"Le Monde" Fransa kəşfiyyatının daxili hesabatına istinad edərək, yazıb ki, "Mossad" və Fransa gizli xidmətləri 2010 və 2011-ci illərdə kimyəvi silahla bağlı Suriya rejiminə qarşı əməkdaşlıq edib. Onlar suriyalı bir mühəndisi öz tərəflərinə cəlb etməyə çalışıb.

Bundan əlavə, İsrail casusları İsrail üçün müntəzəm kəşfiyyat mənbələri kimi fransız casuslarını ələ almağa cəhd ediblər. Fransanın digər bir kəşfiyyat qurumu bu işi faş edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26