Interposta.Info

Prezident ABŞ qoşunlarını ölkəsinə çağırdı

Dünya
 26-03-2017, 07:54     603

Rusiya təkcə Litva və region üçün deyil, eləcə də bütün Avropa üçün təhdiddir.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Dalya Qribauskayte “Foreign Policy” jurnalına verdiyi müsahibəsində deyib.

“Biz Rusiyanın Kalininqradda – bizim sərhədlərimizin yanında özünü necə aparmasını görürük. Ora Avropanın paytaxtlarına çata biləcək nüvə başlıqlı raketlər yerləşdirilib. Bu, təkcə Baltik ölkərənin işi deyil”, - prezident bildirib.

Qribauskaytenin sözlərinə görə, ölkə ABŞ-dan Baltik regionuna hərbi qüvvələrin yeridilməsini istəyir.

“Hazırda ABŞ hərbçiləri Almaniya və Şərqi Avropaya yerləşdirilib, amma ən böyük təhlükə Polşa və Baltik ölkələri üçün yaranıb. Məhz buna görə biz ABŞ-dan öz hərbi qüvvələrini regiona yerləşdirməyini istəyirik. Bizə Hava Hücumundan Müdafiə Qüvvələri lazımdır. Bu olmadan ərazini müdafiə etmək mümkün deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26