Interposta.Info

Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ

Dünya
 20-03-2017, 12:43     1 807

Liviyanın şərqində fəaliyyət göstərən hökumət Rusiyadan hərbi qulluqçuların təliminə və hərbi texnikanın təmirinə kömək etməyi xahiş edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Liviya Nümayəndələr Palatasının (parlament) spikeri Akilya Saleh İsa bildirib.
“Rusiya hökumətindən hərbi qulluqçularımızın təlimində və hərbi texnikanın təmirində bizə kömək etməyi xahiş etdik. Çünki bizim zabitlərimizin əksəriyyəti Rusiyada hərbi biliklərə yiyələniblər və çoxları rus dilini, həmçinin Rusiya hərbi texnikasından istifadə etməyi bilirlər. Rusiya terrorizmlə mübarizədə bizə kömək etməyə söz verib”, - parlament sədri deyib.
Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ

Qeyd edək ki, Liviyada hazırda ikihakimiyyətlilik hökm sürür. Qərbdə - paytaxt Tripolidə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sərracın başçılıq etdiyi Liviya Milli Barışıq Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərqində - Tobruk şəhərində isə Tripolidən asılı olmayan hakimiyyət fəaliyyət göstərir. Tobruk hakimiyyəti generalı Xəlifə Xaftarın başçılıq etdiyi ordu ilə əməkdaşlıq edir.
Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ

Qeyd edək ki, İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid daha əvvəl Rusiyanın zəngin neft ehtiyatları olan Liviyada təsirinin hər gün artırdığını yazıb. Siyasi müşahidəçi Xəlifə Xaftarın Rusiyanın Liviyada “lobbist”i rolunda çıxış etdiyini bildirib.
Putin daha bir ölkəni ələ keçirir - II SURİYA SSENARİSİ

Fevralın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Moskva Liviya generalı Xəlifə Xaftarı ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

Zəngin neft ehtiyatları olan Liviyada Rusiyanın təsiri hər gün artır.
Rusiya hərbçilərinin dəvət əsasında Liviyaya getməsi isə ikinci Suriya ssenarisinin reallaşdırılması anlamına gələcək. Rusiya Hərbi Hava Qüvvələri Suriyadakı əməliyyatlara 2015-ci sentyabrın 30-da məhz Dəməşqin dəvəti ilə başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26