Interposta.Info

Ermənistanda seçkilərlə bağlı yenə qan töküldü- Daşnaksütyun namizədinin qohumu bıçaqlandı

Dünya
 18-03-2017, 16:45     481

Parlament seçkisi ərəfəsində gərgin günlərini yaşayan Ermənistanda növbəti qanlı hadisə baş verib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ararat vilayətinin Dexdzut kəndində baş verən qarşıdurmada bir nəfər bıçaqlanıb. Bıçaqlanan şəxs Daşnaksütyun partiyasının deputatlığa namizədinin qardaşı oğlu Ovik Nazarpurdur. O, dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəblərinə gəldikdə, məlum olub ki, O.Nazarpur (Ermənistanda nadir soyadlardandır, İran qarışığı olduğunu demək mümkündür-C.T.)həmkəndlisi Sumbatı Ermənistanın Respublikaçılar Partiyasının namizədi Alik Sərkisyanın Dexdzut kəndindəki seçicilərlə görüşündə iştirakına görə danlayıb. Deyib ki, Dexdzut kəndinin əsas namizədi “Daşnaksütyun” təmsilçisidir. Bu səbəbdən mübahisə böyüyüb. Dava-dalaş zamanı həmkəndlisi üstündə gəzdirdiyi bıçağı Nazarpurun qarnına soxub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26