Interposta.Info

“Putinin Sarkisyana olan etibarı itib,

Dünya
 15-03-2017, 22:12     793

“Putinin Sarkisyana olan etibarı itib,

"Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşündə iki əsas məsələ müzakirə oluna bilər. Birinci məsələ ondan ibarətdir ki, Sarkisyan Avropaya səfərində əsas məsələ tərəfdaşlıq müqaviləsinin imzalanması ilə bağlı razılaşmaya bir bənd əlavə etdirmək istəyirdi”.

Bu barədə politoloq Arzu Nağıyev Ölklə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Sarkisyanın əlavə etdirmək istədiyi "Hər bir millətin öz müqəddəratını təyin etmə hüququ var” müddəa Azərbaycanın fikirlərinin əleyhinədir.

"Orada problemsiz əsas məsələ Dağlıq Qarabağ münaqişəsi nəzərdə tutulurdu. Yəni biz əgər suverenliyimizi bərpa etmək istəyiriksə, Azərbaycanın BMT tərəfindən təyin olunmuş sərhədləri varsa, bu müddəa ora daxil edilə bilməz. Ona görə də, ermənilər referendum keçirib, qondarma Arçax respublikası yaratmaq istədilər. Ümumiyyətlə tərəfdaşlıq müqaviləsinin imzalanması Rusiyanın prinsiplərinə ziddir. Avropadan Ermənistana belə bir mesaj gəlib ki, bunu Rusiyanın əlindən qoparmağa çalışır”, - deyə A.Nağıyev bildirib.

Politoloq deyir ki, səfərin ikinci məqsədi isə, Dağlıq Qarabağ məsələsinn həlli istiqamətində Fransada və digər görüşlərdə Sarkisyanın apardığı danışıqların araşdırılması və təlimatların verilməsidir:

"Aprel ayının 2-dəki parlament seçkilərində Sarkisyana Rusiya tərəfindən etibar itirilib. Onun əvəzinə Karen Karapetyanın gələcəkdə prezident olması nəzərdə tutulur. Ona görə də, Sarkisyan gələcək halı ilə bağlı zəmanət almaq istəyir. Təbii ki, seçkilərdə əsas Dağlıq Qarabağ məsələsi kart olacaq. Bu mövzular görüşdə əsas müzakirə obyekti olub. Rusiya çalışır ki, Ermənistan Avropaya meyillənməsin. Əgər bu baş verərəsə, bu zaman Rusiyanın oradakı bazalarının taleyi məlum olmayacaq. Düşünürəm Rusiya tam şəkildə imkan verə bilməz ki, Ermənistan Avropa birliklərinə qoşulsun”. 

interposta.info

 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26