Interposta.Info

"Vikiliks"in son bombası ABŞ-ı silkələdi -

Dünya
 8-03-2017, 16:49     608

"Vikiliks"in son bombası ABŞ-ı silkələdi -

Qərb mətbuatı “Vikiliks”in dünən – martın 7-də yayımladığı sənədlərdən danışır. «Nyu York Tayms» qəzeti yazır ki, budəfəki məlumat sızması ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tarixində ən böyük sızmadır və təşkilata çox böyük zərbə sayıla bilər.c “Vikiliks” yaydığı sənədlərdə CIA-in telefonlara, kompüterlərə, hətta internetə bağlı televizorlara müdaxilə məqsədilə yararlandığı alət və texnologiyalardan söz açılır.

Casusluq məqsədiylə Skayp onlayn zəng xidmətindən, Vay Fay şəbəkələrindən, PDF formatlı sənədlərdən, hətta milyonlarla istifadəçinin kompüterini qorumaqdan ötrü yararlandığı antivirus proqramlarından istifadə edildiyi deyilir. Məsələn, «Vrecking Crev» adlı proqram hədəfə alınmış kompüteri sıradan çıxarmağın, başqa bir proqram isə parolları oğurlamağın yollarını öyrədir.

“Nyu York Tayms” “Vikiliks”in üzə çıxardığı yeni sənədlərin təkcə CİA yox, xarici hədəflərlə mübarizədə hakerlik qabiliyyətindən yararlanan bütün kəşfiyyat orqanlarına zərbə vurduğunu qeyd edir.

Narahatlığa səbəb olan məqamlardan biri Mərkəzi Kəşfiyyat və digər kəşfiyyat idarələrinin Əpl və Android smartfonlarına giriş əldə etməsi barədə iddialardır. “Vikiliks”in dediyinə görə, kəşfiyyat Əplın iOS, Quqlun Android əməliyyat sistemləri ilə işləyən telefonlarda Siqnal, Votsap və Teleqram kimi populyar xidmətlərin də şifrələmələrini yarıb keçə bilir. Hökumətin hakerləri, “Vikiliks”in iddiasına görə, smartfonlara daxil olub şifrələmənin tətbiqindən öncəki bütün səs və mesajları ələ keçirə bilirlər.

“Nyu York Tayms” sənədlərin saxtalığı haqda hələ heç bir bəyanat verilmədiyini vurğulayır. Yalnız bir dövlət rəsmisi sənədlərin real olduğunu bildirib. Bir keçmiş kəşfiyyat agenti isə CIA proqramlarından bəzilərinin adlarının, təşkilatın blok sxeminin və haker bazasının olduğu kimi təsvir edildiyini söyləyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü Din Boyd isə deyib ki, onlar kəşfiyyat sənədləri kimi təqdim olunan materialların məzmunu və bu məzmunun reallığa uyğun olub-olmaması haqda fikir söyləmirlər. «Təhlükəsizlik və hakerlikdən anlayışı olanlar CİA-in bu vasitələrə, ən azı, sərmayə qoyduğunu onsuz da bilirlər. Bunu MKİ etməsəydi də, kimsə – Çin, İran, Rusiya, ya da başqa biri edəcəkdi». Bunu Vaşinqtonda AtlantikŞuranın Kiber İdarəçilik Təşəbbüsü Mərkəzindən Beau Voods deyib. Onun sözlərinə görə, “Vikiliks”in açıqlamaları həm Birləşmiş Ştatlarınözündə, həm də xaricdə, kiber təhlükəsizliyin insan həyatı və ictimai sabitlik üçün önəmli olduğu yerlərdə texnologiyalara etimadla bağlınarahatlıq yaradacaq.

Mərkəzi Kəşfiyyat İdarəsinin haker alətlərindən amerikalıların özünə qarşı istifadə edib-etmədiyi bəlli deyil. Ancaq Amerika Vətəndaş AzadlıqlarıBirliyindən Ben Uayzner deyir ki, “Vikiliks”in açıqladığı sənədlər hökumətin telefon və digər cihazlarda bilərəkdən boşluqlar yaratdığını, bununla da insanları güdməyi asanlaşdırdığını göstərir.

“Vikiliks” sənədlərin mənbəyini açıqlamır. Bəziləri isə bu proseslərin də arxasında Rusiyanın dayandığını, MKİ-nin sənədlərini məhz rus hakerlərinin oğurlayaraq, “Vikiliks” ötürdüyünü güman edirlər. Konqresin Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn, həmçinin Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin kiber təhlükəsizlik üzrə mütəxəssisi Ceyms Levis bu haqda şübhələrini dilə gətirib.Levis kəşfiyyatın məlumatlarını – Rusiyanın seçkiyə müdaxilə cəhdlərini, əldə etdiyi sənədləri əvvəllər də “Vikiliks”ə ötürdüyünü xatırladıb.

“Vikiliks”in «Vault 7» adlandırdığı yeni sənədlərin həcmi 8 min veb-səhifəyə yaxındır, 943 əlavə var. “Nyu York Tayms” səhifələrin çoxunun “Vikiliks” tərəfindən redaktə edildiyini, bununla da qurumun kiber silahların əsl kodunu, MKİ hədəflərinin adını gizlətməyəçalışdığını qeyd edir. “Vikiliks” isə bu yaydıqlarının hələ ilkin buraxılış olduğunu, MKİ-nin bütün arxivinin yüz milyonlarla kompüter kodundan ibarət olduğunu bildirib./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26