Interposta.Info

Əsrarəngiz rus qadın həbs olundu -

Dünya
 6-03-2017, 10:53     740

Əsrarəngiz rus qadın həbs olundu -

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən çevik polis alayının üzvü Mövlud Mərd Altındaşla əlaqəsi olduğu müəyyən edilən əsrarəngiz rus qadın Yekaterina saxlanılıb.

Axar.az xəbər verir ki, Ankara Sülh Cəza Məhkəməsində ifadə verən şübhəli həbsxanaya göndərilib.

Onun noyabr ayında Mərd Altındaşla telefon danışığı üzə çıxıb. Yekaterinanın həmçinin Rusiyadan gətirilən qadınları Ankaradakı iş adamlarına satdığı iddia edilir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26