Interposta.Info

Putin və Ərdoğandan Karlov qərarı

Siyasət
 25-04-2017, 16:13     507

Türkiyə Cüdo Federasiyası “2017 Qızıl Liqa” turnirinin ötən ilin dekabrında sui-qəsd nəticəsində öldürülmüş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsinə həsr olunması haqda qərar qəbul edib.

Axar.az xəbər verir ki, Türkiyə Cüdo Federasiyasının Prezidenti Sezər Huysuzla Avropa Cüdo Birliyinin rəhbəri Sergey Soloveyçik arasında gedən danışıqlardan sonra bu qərar qəbul edilib.

Tərəflər həmçinin Antaliyada keçiriləcək turnirdə Rusiya və Türkiyə prezidentlərinin də iştirak etməsinə çalışır. Hər iki liderin bu görüşə müsbət yanaşdığı deyilir.

Xatırladaq ki, A.Karlov 2016-cı il dekabrın 19-da rəsm sərgisində öldürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26