Interposta.Info

Bunu erməni vəhşiləri törədib -

Dünya
 28-02-2017, 16:23     579

Bunu erməni vəhşiləri törədib -

Biz, nəhayət, Rusiyada Xocalı soyqırımını etiraf etməli, utanmadan bunun haqqında danışmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijni Novqorod regional bölməsinin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə çıxışı zamanı Beynəlxalq Elmlər Akademiyasının akademiki Yan Şvarts söyləyib.

“Uşaq qatili olan Köçəryan, Sərkisyan, Ohanyan və əlləri azərbaycanlıların qanına bulaşmış digər şəxslər İŞİD başkəsənlərindən nə ilə fərqlənirlər? Biz Rusiyada – beynəlxalq terrorizmə qarşı amansız savaş aparan, öz ərazisində bu zalımlığı boğan ölkədə cəsarətlə erməni terrorizmi və faşizmini, azərbaycanlıların ərazilərinin işğalını qınadığımızı bəyan etməli, qardaş Azərbaycanın yanında olduğumuzu söyləməliyik”, – akademik deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26