Bu diviziyalar Yaponiyaya qarşı... -

Kuril adalarına yerləşdirilən diviziyalar Yaponiyaya qarşı istifadə edilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov deyib.
“Kuril adalarına yerləşdirdiyimiz qüvvələri Yaponiyaya qarşı istifadə etmək niyyətində deyilik. Hərbi, terrorla mübarizə və dənizdəki bioloji mənbələrin axtarışı sahəsində Tokyo ilə əməkdaşlıq etməyə hazırıq”, - ozerov bildirib.
Qeyd edək ki, Yaponiya hökuməti Rusiyanın Kurildə diviziya yerləşdirilməsi qərarına görə rəsmi Moskvaya nota göndərmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26