Interposta.Info

Yaponiya Rusiyaya nota göndərdi -

Dünya
 14-02-2017, 11:07     631

Yaponiya Rusiyaya nota göndərdi -

Yaponiya Kuril silsiləsinin adsız adalarına yeni adların verilməsinə görə Rusiyaya nota göndərib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa söyləyib.

“Bu bizim ölkənin mövqeyinə ziddir və rəsmi Tokioda böyük təəssüf hissi doğurur. Diplomatik kanallar vasitəsilə biz fevralın 13-də Rusiyaya etirazımızı bildirmişik”, – Suqa bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Baş naziri Dmitri Medvedyev Kuril silsiləsinin 5 adasına yeni ad verib. Ən maraqlı məqam isə bu adalardan birinə general Kuzmı Derevyankonun adının verilməsidir. Derevyanko İkinci Dünya müharibəsi zamanı Yaponiyanın kapitulyasiya aktına SSRİ tərəfindən imza atan şəxsdir.

Kuril adaları İkinci Dünya müharibəsindən sonra SSRİ-yə verilib. Yaponiya uzun illərdir bu adaların geri qaytarılmasına çalışsa da, uğur əldə etməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26