Interposta.Info

Yaponiya

Dünya
 6-01-2017, 12:48     581

Yaponiya

İqtisadi əlaqələr təhlükə altında

Yaponiya hakimiyyəti Koreya Respublikasındakı səfirinin müvəqqəti geri çağırılması haqqında qərar qəbul edib.

Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Pusandakı Baş konsulluğun qarşısında XX əsrin birinci yarısında ölkənin yapon işğalı zamanı cinsi zorakılığa məruz qalmış qadının heykəlinin qoyulması olub.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqu iki ölkə arasında yüksək səviyyəli iqtisadi danışıqların dayandırılmasını elan edib.

Qeyd edək ki, abidə Cənubi Koreyanın ictimai təşkilatları tərəfindən dekabrın 28-də qoyulmuş, lakin həmin gün də götürülmüşdü. Dekabrın 30-da isə fəallar heykəlin yenidən Yaponiya diplomatik nümayəndəliyi qarşısında qoyulmasına nail olublar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26