Interposta.Info

Kim Çen bombaladı:

Dünya
 7-03-2017, 12:48     493

Kim Çen bombaladı:

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın raket sınaqları həyata keçirməsindən sonra təcili telefon danışıqları aparıb.

Axar.az xəbər verir ki, o, Yaponiya Baş naziri Şinzo Abe və Cənubi Koreya prezidentinin nümayəndəsinə zəng edərək, onların yanında olduqlarını deyib.

Məsələ ilə bağlı Ağ Evdən yayımlanan rəsmi açıqlamada deyilir:

“Tramp iki ölkə rəsmisi ilə telefon danışığı zamanı Şimali Koreyadan gələ biləcək hər hansı təhlükəyə cavab olaraq, Yaponiya və Cənubi Koreyanın yanında olduğunu, dəstək verdiyini vurğulayıb”.

Qeyd edək ki, ötən günlərdə Şimali Koreya hərbçiləri Yapon dənizinə 4 ədəd raket atıb. Hadisə ilə bağlı danışan Yaponiya Baş naziri Şinzo Abe Şimali Koreyanın bu addımının son dərəcə təhlükəli əməliyyat olduğunu deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26