Interposta.Info

İran hansı haqla oraya girib? -

Dünya
 22-02-2017, 19:26     675

İran hansı haqla oraya girib? -

"Rejimin dəvəti ilə getdik", kimi bir arqumentin bizim üçün heç bir etibarlılığı yoxdur. Biz o rejimi onsuz da tanımırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Prezident Aministrasiyasının sözçüsü İbrahim Qalın bildirib.

"İran bizim böyük qonşumuzdur, uzun bir sərhədimiz var. Həm ikitərəfli əlaqələrimizdə, həm də regional münaqişələrin həllində biz həmişə dialoqdan yana olduq. Bəzi vaxtlar İran rəhbərliyinin müəyyən bölgələrdəki təbii sərhədlərini aşan nüfuz əldə etmək cəhdlərini görməməzliyə gəldiyimiz mənasına gəlməməlidir. Biz bunu Suriya və İraq ərazisində yaşamağa davam edirik. "Rejimin dəvəti ilə getdik", kimi bir arqumentin bizim üçün heç bir etibarlılığı yoxdur. Biz o rejimi onsuz da tanımırıq. Dünyada bu rejimi tanıyan neçə ölkə var, görəsən. İran hansı rejimlə iş görərək oraya girib, bunun qanuni bir addım olduğunu iddia edir? Əvvəlcə bunu özlərinin aydınlaşdırması lazımdır. 600 mindən çox insanın qatili olan bir rejim ilə iş görmək beynəlxalq münasibətlər baxımından düzgün bir mövqe kimi səciyyələndirilirsə, İran buna özü qərar verməlidir", - Qalın qeyd edib.

Türkiyənin heç kimdən icazə almaq məcburiyyətində olmadığını deyən Qalın İranın Ankaranı təqdir etməli olduğunu vurğulayıb:

"İran tərəfindən bizə qarşı səsləndirilən açıqlamaları izləyirik. Biz toqquşmaların, münaqişənin gərginləşdirilməsi tərəfdarı deyilik. Türkiyənin Suriya və İraq ərazisində terrorla mübarizə məsələsində mövqeyi ortadadır. Bu cür ölkələr Türkiyəni tənqid etmək əvəzinə, Türkiyənin İŞİD-lə mübarizə məsələsində ortaya qoyduğu səyi və fədakarlığı təqdir etməlidirlər. Bir çox ölkə İŞİD ilə mübarizə adı altında regiona dizayn verməyə çalışır, ərazi əldə etməyə çalışır. Bunun nəticələrini də görürük. İranın Körfəz ölkələri ilə, region ölkələri ilə münasibətlərinin niyə sıfıra düşdüyü ortadadır. Bizim milli təhlükəsizliyimizi təhdid edən bir ünsür varsa, bu istər Hələbdə, istərsə də Telaferdə, Sincarda, Rakkada olsun, Türkiyə addımını atar. Bunun üçün də başqa ölkədən icazə almaq məcburiyyətində deyil".

Qeyd edək ki, İranın Ali dini liderinin xarici məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Türkiyənin Suriyada hədəfinə çata bilmədiyini, onların Dəməşqdə namaz qılmaq istədiklərini, ancaq heç bir zaman da bunu edə bilməyəcəklərini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26