Interposta.Info

Trampın əsl məqsədi İrandakı rejimi devirməkdir -

Dünya
 11-05-2018, 15:58     10 440

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton “The Washington Post” qəzetində İranla imzalanan nüvə saizşindən imtina olunması ilə əlaqədar xüsusi məqalə yayıb.

Bolton sazişin son 2 ildə özünü ən pis tərəflərdən göstərdiyini iddia edib.

“Birgə tamhəcmli fəaliyyət planı”nın (Nüvə sazişinin rəsmi adı belədir-red.) məqsədi bundan ibarətdir ki, İran rejimi öz xalqının mənafeləri naminə nüvə ambisiyalarından vaz keçib iqtisadi problemlərini həll edəcəkdi. Lakin bunun yerinə Tehran qazandığı milyardları xaricdəki hərbi avantüralara xərcləyərək, Yəməndən Suriyaya qədər Yaxın Şərq boyu ölüm və dağıntılar gətirib”, - məqalədə deyilir.

Müşavirin yazdığına əsasən, ABŞ prezidenti tam bir il sazişi incələdikdən sonra onun Amerika xalqının təhlükəsizliyini pozduğu qənaətinə gələrək ölkəsinin bu oyunda iştirakına son verib.

Trampın əsl məqsədi İrandakı rejimi devirməkdir -

Müşavir Bolton İsrail baş naziri Benyamin Netanyahunun İranın nüvə silahının yaradılması üzrə proqramını dayandrmadığını göstərən sənədləri olduqca qiymətli hesab etdiklərini söyləyib. “Bu onu göstərir ki, bizim ümumi düşmənimiz var və təhlükəsizlik naminə biz bir yerdə olmağa məcburuq”, - məqalədə deyilir.

“Tramp elə hesab edir ki, sanksiyalar İranı yeni və daha yaxşı nüvə sazişi imzalamağa məcbur edəcək, lakin çətin ki, Tehran Ağ Evin tələblərinə güzəştə getsin.

Ona görə bir çoxları fikirləşir ki, Tramp administrasiyasının əsl məqsədi İrandakı rejimi dəyişməkdir”, - “The Washington Times” qəzeti yazır.

Qəzetdəki yazının müəllifi Qay Teylor ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun uzun müddətdən bəri İranda teokratik rejimi devirmək arzusunda olduğunu yazır. Boltonun İranı beynəlxalq “terrorizmin əsas bankiri” olaraq adlandırması da bunu göstərir.

Trampın əsl məqsədi İrandakı rejimi devirməkdir -

“Tələblər o qədər böyükdür, bu ABŞ-ın missiyasını, demək olar ki tamamilə mümkünsüz edir”, - Vaşinqtonda yerləşən Strateji və beynəlxalq araşdırmalar mərkəzindən Entoni Krodsmen məqalə müəllifinə rəyini bildirib.

Donald Trampın tənqidçiləri isə prezidenti daha böyük oyun oynamaqda ittiham edirlər. “İranla imzalanan nüvə sazişindən imtina Tehranı guya cərimə meydançasında saxlamağa (xokkey oyunundakı kimi) yönəlib. Lakin bu İrana xarici aləmlə normal münasibətlər qurmağa imkan vermir. Bütün bu planların arxasında amerikalı quzğunların və digər rejim əleyhdarlarının on illərdir ki, xəyal etdiyi rejimin dəyişdirilməsi havaları əsir”, - Harvard universitetinin professoru Stiven Uolt deyib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26