Interposta.Info

Trampın iqamətgahına yaxınlaşdı,

Dünya
 19-02-2017, 07:28     553

Trampın iqamətgahına yaxınlaşdı,

ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahının üzərindən uçan təyyarənin rabitə əlaqəsinə cavab verməməsi səbəbindən 2 F-15 təyyarəsi havaya qalxıb.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Homsted aviabazasından qalxan qırıcıların həmin təyyarəni yaxalamaq üçün səs sürəti ilə hərəkət etdiyi bildirilib.

Şimali Amerikanın Hərbi-Kosmik Qüvvələrindən verilən açıqlamada isə sonradan təyyarənin pilotu ilə əlaqə yaradıldığı vurğulanıb.

Qeyd edək ki, hadisə 17 fevral tarixində baş verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26