Interposta.Info

Müsəlman inqilabçıdan ABŞ-a:

Dünya
 14-02-2017, 19:57     544

Müsəlman inqilabçıdan ABŞ-a:

Bu səfil və alçaq hücumun səbəbini anti-imperialist bir inqilabçı olmağımda görürəm. Qazanacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Venesuelanın vitse-prezidenti Tarek Aysami ABŞ Maliyyə Nazirliyinin ona qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Tvitter səhifəsində yazıb.

Aysami digər paylaşımında isə “Sonsuza qədər azad olmaq üçün göstərdiyimiz dirənişlə bacara bilməyəcəklər. Yaşasın Huqo Çaves! Yaşasın Boliviya inqilabı! Qələbə bizimlədir!” –deyə qeyd edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Aysaminin narkotik ticarəti ilə məşğul olmasını əsas gətirərək ona qarşı sanksiyalar qəbul edib.

Belə ki, vitse-prezidentin ABŞ-dakı aktivləri dondurulub. Üstəlik, ABŞ-ın fiziki və hüquqi şəxslərinə Aysami ilə ticarət əməliyyatları aparmaq qadağan edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26