Interposta.Info

ABŞ-la Türkiyənın məxfi planı:

Dünya
 13-02-2017, 17:59     1 013

ABŞ-la Türkiyənın məxfi planı:

Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar hazırda İstanbuldadır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aydınlıq” qəzeti yayıb. Xəstə olan əfqan lider Türkiyəyə xüsusi təyyarə ilə dekabrda gətirilib. Hikmətyar hazırda İstanbul xəstəxanalarından birində müalicə alır.

Əfqan liderin İstanbula gətirilmə əmrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi iddia edilir.

Qəzet Ərdoğanın bu addımı ABŞ-ın informasiyası daxilində atdığını bildirib. Hikmətiyarın ABŞ və Türkiyə tərəfindən Əfqanıstanın yenidən formalaşdırılmasında istifadə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Əfqanıstan İslam Partiyası 1976-cı ildə yaradılıb. SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı təşkilat sovet qoşunlarına qarşı döyüşüb. Müharibə dövründə onun tabeliyində qırx min nəfərlik ordu vardı. Bu, Əfqanıstan müharibəsində ən böyük mücahid dəstəsi hesab edilirdi və Hikmətyar 80-ci illərdə Pakistan və Qərb ölkələri tərəfindən ən güclü dəstək alan şəxs idi. Bu yardımlar 1994-cü ilə qədər davam edib.

Bəzi iddialara görə, Hikmətyar Əfqanıstanda əsas narkotik plantasiyalarına da nəzarət edib və dünyaya Əfqanıstandan göndərilən narkotik vasitələr onun nəzarəti altında olub.

2001-ci ildə amerikalılar Əfqanıstana gəldikdən sonra Hikmətyara yeni hökumətdə vəzifə verilmədi. Bu isə onun Vaşinqtona qarşı cəbhədə yer almasına səbəb oldu. Amerika da öz növbəsində onu qara siyahısına saldı.

Bu il fevralın 4-də isə BMT Hikmətyara qarşı sanksiyaları ləğv edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26