Interposta.Info

Oskanyan:

Dünya
 28-01-2017, 17:51     671

Oskanyan:
Ermənistan hökuməti qarşısına qoyulan məqsədlərin heç birinə çatmayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Demokrat Partiyasının qurultayında çıxışı zamanı Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan söyləyib.

“Statistika Xidmətinin məlumatlarına əsasən keçən il iqtisadi artım 0,5% olub. Üstəlik, beynəlxalq təşkilatların tədqiqatlarında Ermənistan avtoritar ölkə kimi təqdim edilir. Bütün bunlar göstərir ki, hökumət bütün istiqamətlərdə uğursuzluğa düçar olub. Bunun üçün sistem dəyişiklikləri vacibdir. Hökumətin investorların ölkəyə yatırım etmək marağında olmaları və diasporun iqtisadiyyatın aktivləşdirilməsində iştiraka cəlb edilməsi haqqında bəyanatları boş sözlərdir. Ölkədən gedənlərin sayı artır, kasıblıq səviyyəsi yüksəlir, qanunsuzluq çoxalır. Bunlar olduğu halda heç nə etmək mümkün deyil” – o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26