Interposta.Info

KQB agenti:

Dünya
 26-01-2017, 13:16     674

KQB agenti:
ABŞ Prezidenti Donald Tramp Rusiyaya xeyir verməyəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş agenti Yuri Şveç söyləyib.

“Slans nefti və qazın istehsalı ilə ixrac artacaq. Bununla da ABŞ özünün energetika asılılığını azaldacaq. Bu layihə artıq işə başlayıb. Təsəvvür edin ki, bu, dünya neft və qaz qiymətlərində necə öz əksini tapacaq. “Pis” Obama yalnız Avropada raketdən müdafiə sisteminin gücləndirilməsini vəd etmişdi. “Yaxşı” Tramp isə bu vədi reallaşdıracaq. “Pis” Obama ABŞ ordusunun sayını azaltmışdı. “Yaxşı” Tramp isə onların sayını artıracaq. Bu həm donanma, həm aviasiya, həm də nüvə qüvvələrinə aiddir. Xatırlamaq lazımdır ki, bu gün ABŞ-ın hərbi büdcəsi Rusiyadan 10 dəfə çoxdur. Məhz bu üç bənd Rusiyanın ölümü olacaq. Trampın seçilməsindən sonra Kremldən tez-tez danışıqlarla bağlı sözlər eşidilir. Onlar nə haqqında razılaşacaqlar? Moskva istəyir ki, sanksiyalar ləğv olunsun, yeni texnologiyalar və investisiyalar əldə etsin. Maraqlıdır ki, Moskva bunun əvəzində Vaşinqtona nə təklif edəcək” – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26